From Wikipedia, the free encyclopedia
Don — üstdən geyinilən uzunətəkli, belibuzməli və ya büzməli paltar. Qərb mədəniyyətində, don adətən qadınlar tərəfindən geyilən paltardır. Gövdəni əhatə edərək, ayaqlar üzərində asqılı parçadan ibarət olur. Donlar rəsmi və ya gündəlik olaraq dəyişə bilir. Müxtəlif ölçüdə və rəngdə olur. Donun qolları, qayışları ola bilər və çiyinləri açıq saxlanılaraq, sinə ətrafında elastik bir vəziyyətdə qala bilər. Paltarların ətəyinın uzunluğu daşıyıcının xarakterindən, şəxsi zövqündən, hava şəraitindən və dəbdən asılı olaraq dəyişir.
XI əsrdə Avropadakı qadınlar kişilərin tunikalarına bənzər, boş və dizlərinin altına çatan paltar geyirdilər.[1] Əsrin sonunda bu geyimlər qadınların yuxarı bədənlərinə daha da uyğunlaşdı. Paltarlar bir qadının bədən fiquruna uyğun gəlmək üçün sıx daraldılıb, hər tərəfində yarıqlar açılaraq hazırlanırdı.[2]
1550-ci illərdən başlayaraq, Avropadakı orta və yuxarı sinif qadınlar qalstuk, büzməli yaxa parçası olan paltarlar geyinirdilər. İngiltərədə kraliça Elizabet qadınlara hansı növ geyimləri geyməyə icazə verildiyini diktə etdi.[3] Fransız qadınlar ispan tərzi korsetlərdən və eyni zamanda büzməli yaxa geyindilər. XVI əsrdə geyimlərdə səthi bəzəkləri nümayiş etdirən tikmə üsulu yarandı. Həm XVI, həm də XVII əsrlərdə Rusiyada qadın geyimləri qadının cəmiyyətdə və ya ailələrində yerini müəyyənləşdirdi.
XVII əsrdə geyim modasında xüsusilə diqqət çəkən Hollandiya tikiş istehsalı mərkəzi kimi meydana çıxır.[4] İngiltərə və Fransada paltarlar daha "təbii" formada olurdu. Krujeva və kəsiklər məşhur bəzəklər idi. Yubkalar dolğun, bərabər qatlardan və üst ətək bir-birinə zidd olan parçandan ibarət olsa da alt ətəyin görünməsinə mane olmurdu. Yeni kəşf olunmuş heyvan və bitkilər kimi elmi kəşfləri əks etdirən naxışlar məşhur idi. İngilis koloniyalarında çox parçalı paltarlar daha az lüks olsa da məşhur idi. İşləyən qadınlar və Amerikadakı köləlikdə olan qadınlar yun , kətan, pambıq don hazırlamaq üçün sadə naxışlardan istifadə etdilər.[5] Bir qadın yemək bişirən zaman və ya qızdıranda atəşin yanında olarkən ətəklərin ucları bel kəmərinə ilişə bilərdi.
XVIII əsrdə böyük, üçbucaqlı siluetlərə üstünlük verildi, geniş və halqa alt ətəkləri ilə birləşdirildi. Tək parça donlar əsrin ortalarına qədər populyar olaraq qaldı. Daha açıq rənglərə üstünlük verildi.
XIX əsrdə qadın geyimləri günün ayrı–ayrı vaxtına və müxtəlif məqsədlər üçün təsnif olunmağa başladı. Yüksək belli paltarlar təxminən 1830-cu ilə qədər məşhur idi.
II Dünya Müharibəsi dövründə paltarlar daha incə və hərbi geyimlərə uyğun hazırlanırdı. İkinci Dünya Müharibəsindən sonra Christian Dior tərəfindən irəli sürülən '’Yeni Görünüş’’, moda və qadın paltarlarının görünüşü on il ərzində öz təsirini saxlamışdır.
Sadə don müxtəlif vəziyyətlərə uyğun olaraq aksessuarlarla geyilə bilən, sadə dizaynlı, əsasən tünd rəngli geyim növüdür.[6] Sadə paltarlar müxtəlif növ zərgərlik əşyaları, kəmərlər, qalstuklar və gödəkçələrlə geyilə bilər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.