From Wikipedia, the free encyclopedia
Docikko (ドジっ娘?) — otaku mədəniyyətində həddən artıq yöndəmsiz olan qadın personajları ifadə etmək üçün istifadə olunan termin ("doci" yapon dilində "kobud səhv" deməkdir). Docikko yapon ranobelərində, animelərində və manqalarında tip personaj kimi istifadə olunur.[1]
Bu söz "ドジっ子" kimi də yazıla bilər. Belə yazıldıqda sadəcə qadın yox, kişi personajlar üçün də aid edilə bilər.
Ümumi götürüldükdə, bu cür personajlar gözəl, qəşəng, eləcə də şirin və sadəlövh kimi görünürlər, oxucularda onlara qarşı simpatiya yarana bilər. Personaj tez-tez hər gün ev və məktəb fəaliyyətlərində — ev işlərində, idman yarışlarında, hətta adi gəzintidə də uğursuzluğa uğrayır. Personaj addımbaşı yıxılır, əngəllərdən keçə bilmir. Həmişə etdiyi səhvlərə görə onun qanını qaraltsalar da, personaj həmişə öz yaxşı tərəfini göstərir, hər şeyi alt-üst etdiyinə görə peşmançılıq çəkir.[1] Docikkoların etdiyi hərəkətlərə misal kimi pilləkanlardan sürüşmək, içkini yerə tökmək, müştərilərə xidmət edərkən qab-qacaqları sındırmaq və s. göstərmək olar.[2][3]
Animelərdə, video oyunlarda və otaku mədəniyyətinin digər əsərlərində şirin yöndəmsizlik kişi oxucuların "aşiq olması" üçün dizayn olunmuş moe personajlarının atributlarından biri hesab olunur. Buna baxmayaraq, şoco manqalarında əsas müsbət personajlar tez-tez docikkolar olurlar. Məsələn, "Aim for the Ace!" manqasında Hiromi Oka, "Seylor Mun" manqasında Usaqi Tsukino kimi.[1]
Docikko personajlarına olan diqqət "docikko-moe" (ドジっ娘萌え?) adlanır.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.