Remove ads
From Wikipedia, the free encyclopedia
Diviziya (lat. divizio - bölgü, bölünmə), Tümən[1], əksər ölkələrin silahlı qüvvələrində əsas taktiki vahid. Praktiki olaraq silahlı qüvvələrin bütün növlərində, qoşun növlərində və xüsusi qoşunlarda mövcuddur. Döyüş məqsədlərinin yerinə yetirilməsi üçün tətbiq olunur və aiddiyatı üzrə, korpus, ordu, cəbhə, donanma və başqa hissələrdə, eləcə də müstəqil olaraq döyüş apara bilir. Adətən bir neçə alay yaxud briqada, ayrı tabor, divizion, yardımçı, arxa və xidmət hissələrindən və althissələrindən ibarətdir. HDQ-nin tərkibində diviziyaya müxtəlif təyinat və siniflərə aid gəmi divizionları və briqadaları daxildir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İlk dəfə XVII-ci əsrdə İngiltərə, Niderland və Fransanın yelkənli donanmalarında gəmi eskadralarının tərkib hissəsi(1/3) kimi yaranmışdır. Rus donanmasında ilk dəfə XIX-cu əsrin əvvəlində tətbiq olunmağa başlayıb. Hərəsi 9 böyük və 9 orta gəmidən, yaxud 3 böyük və bir neçə kiçik gəmidən ibarət olub. XIX-cu əsrin ikinci yarısında buxarlı zirehli gəmilərin yaranması ilə, bir neçə eyni sinifli gəminin birləşməsidir. Bu zaman 6–8 xətt gəmisindən ibarət diviziyası eskadranın nüvəsi hesab olunurdu; yüngül kreyser diviziyası kəşfiyat-keşikçi və rəqibin minadaşıyıcılarının dəf edilməsi üçün idi, adətən 8 gəmidən; minaçı diviziyası 4 divizion gəmi ilə(36 gəmi), lazımı sayda yardımçı ilə təchiz edilirdi və torpeda hucumlarının yerinə yetirilməsi və dəf edilməsi üçün, nəzərdə tutulurdular. XVIII-ci əsrin birinci yarısında diviziyalar Fransanın, sonralar isə Avstriya və Prusiyanın quru qoşunlarında yarandı. Birinci Dünya müharibəsi ərəfəsində hər iki koalisiyada diviziyalar oxşar idi: hərəsində iki piyada alay olan iki briqada, diviziya süvariləri(1–3 eskadron) və bir topçü briqada(alay). Ümumiyətlə diviziyada 15–16 min(rus diviziyasında 21 min)adam, 36–72 top vardı. Süvari diviziya 4 bəzən 6 süvari alaydan(4–9 min adam) ibarət idi. Müharibənin gedişində piyada diviziyanın briqada bəndi ləğv edildi ki, bu da alayların hərəkətlərinin müstəqilliyini artırdı. Atəş vasitələrinin sonrakı inkişafı piyada diviziyanı tədricən, piyadalar, süvarilər, toplar, mühəndis və rabitə qoşun hissələrini birləşdirən, ümumqoşun vahidinə çevirdi.
Müharibənin sonuna yaxın gülləbaran qurğularının(pulyemöt), topların, mina və bombaatanların atəş gücünün artması ilə, bütün ordularda diviziyanın gücü artdı. XX-ci əsrin 30-cu illərində Rus, ABŞ, Almaniya, Britaniya qoşunlarında (tank)zirehli-tank və aviasiya diviziyaları yaradıldı. 1937-ci ildən Almaniya, İtaliya və 1940-cı ildən Rusiyada mühərrikləşdirilmiş diviziyalar mövcuddur. İkinci dünya müharibəsi zamanı SSRİ, ABŞ, Böyük Britaniyada hava-desant diviziyaları yaradıldı. Alman-faşist ordusunda paraşüt desant diviziyaları ilk dəfə Norveçin, Niderlandın və Belçikanın işğalı vaxtı tətbiq olunub. ABŞ-də həm də dəniz piyadaları diviziyası yaradılıb. Müharibədən sonrakı dövrdə Sovet, ABŞ və bəzi başqa ölkələrdə mexanikləşdirilmiş diviziyalar yaradıldı. AFR, Belçika, Niderland və b. — mühərikli-piyada diviziyalar, ABŞ-də aero-mobil diviziyalar. SSRİ-də həmin dövrlərdə bütün atıcı və mexanikləşdirilmiş diviziyalar moto-atıcı diviziyalara çevrildi, süvari diviziyalar isə buraxıldı. Həmin dövrdə diviziyanın texniki təchizatı və təşkilati strukturu, atəş və zərbə gücünün və menevr bacarığının artırılması məqsədilə, ardıcıl olaraq təkmiləşdirilirdi.
Canlı qüvvənin adi silahlardan və KTS-nin öldürücü amillərinin təsirlərindən qorunmasına diqqət yetirilirdi. 90-cı illərin əvvəlində müxtəlif ölkələrdə diviziya eyni tipli təşkilat strukturuna malik olmağa başladı. Diviziyanın idarəsi, bir neçə alay(briqada, briqada qrupu) — mühərrikli-atıcı, mühərrikli-piyada, piyada, tank və b. Diviziyanın tərkibinə həmçin, raket, artilleriya və zenit hissələri, xüsusi qoşunların althissələri, arxa və başqa hissələr və alt hissələr daxil ola bilər. ABŞ diviziyası strukturunun xüsusiyəti, 2 əsas ünsürdən ibarətdir: diviziyanın əsasını təşkil edən daimi bölüklər — mühərrikli-piyadaların(piyada, paraşüt-desant) və tank taboru. Diviziyanın əsasına komandanlıq və qərargah rotası ilə birlikdə qərargan, qərargah rotaları ilə birlikdə üç briqada qərargahı, ayrı taborlar(kəşfiyat, hərbi kəşfiyat və RET, rabitə, mühənds, ordu aviasiyası), diviziya artilleriyası, zenit divizionu, arxa divizionu, KTS-dan müdafiə rotası və hərbi polis rotası təşkil edir. Döyüş taborlarının(mühərrikli-piyada, tank) nisbəti, diviziyanın tipini müəyyən edir.
Atıcı diviziya əsas ümumqoşun vahidi. Rus ordusunda ilk dəfə 1904–1905-ci ildə rus-yapon müharibəsi gedişində Şərqi-Sibir atıcı briqadalardan yaradılmışdı və Sibir korpusları və birləşdirilmiş atıcı korpuslara daxil idilər. Birinci Dünya müharibəsi zamanı atıcı diviziyalar, elə piyada diviziyalar kimi, əsasən, bir qayda olaraq, ordu korpusları təkibində istifadə olunublar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.