Dilim
From Wikipedia, the free encyclopedia
Dilim (avar. Дилим) — Dağıstanda kənd (aul).
Dilim | |
---|---|
43°04′15″ şm. e. 46°38′04″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1617 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 655 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368140, 368141 |
Vikianbarda əlaqəli mediafayllar |
Tərkibindəki yeganə yaşayış məntəqəsi olaraq kənd qəsəbəsi statusu daşıyan bir inzibati vahidliyi təşkil edir yaradır[2].
Coğrafi yerləşməsi
Kənd Mahaçqaladan 108 km qərbdə yerləşir. Ən yaxın qatar stansiyası olan Xasavyurt isə 22 km şimaldadır. Kəndin cənub hissəsindən Sebetar çayı axır. Kənd dəniz səviyyəsindən 655 m yüksəklikdə yerləşir. Sahəsi - 31,6 km².
Tarixi
1930-cu ildən Kazbekov rayonunun mərkəzi rolunu oynayır.
B.Q. Əliyev bildirir ki, kəndin adı çeçen mənşəlidir və "dil" mənasını verir. Belə ki, kənd uzadılmış dilə bənzəyir. Bir vaxtlar nənddə noqaylar yaşayırdı. Çeçenlərin davamlı hücumları səbəbindən noqaylər kəndi tərk etdilər. Onların kəndi tərk etməsindən sonra Qünibski rayonundakı Soqratl kənddən iki qardaş və bir bacı bu ərazidən torpaq alır və bu yerlərə yerləşdi.
İlk yerləşənlərdən üç nəsil meydana gəlmişdir[3].
Tarix elmləri namizədi Ç. M. Həşimovun məlumatına görə, Dilim kəndi avar Brital və ögey qardaşı çeçen Çuqurlan tərəfindən qurulmuşdur.
Saladavianın bu versiyasına görə, Britalın xalası bir çeçenlə (Çugur-lan oğlu) evləndi. Brital qan davası üzündən qohumu Çugurlan üçün Çeçenistana getdi. Nəticədə iki ailə Dilim kəndini qurdu.
Qafqaz müharibəsindən əvvəl Dilim üç dəfə dağıdılmışdır. Kəndi bərpa etmək üçün Miatlı, Zubutli, Burtunai və Xubar kəndlərindən əhaliu kəndə köçürülmüşdür.
Avqustun sonlarında Şamil çeçen Darqosundan Dilimə yollanır. Bu zaman atlı və piyada çeçenlər, digər qonşu xalqlar onunla birlikdə kəndə üz tutur[4].
Kənddə ilk məscid Şamilin imamətio dövründə qurulur.
Əhalisi
2002-ci il siyahıyaalınmasına əsasən kənddə 7537 nəfər əhali yaşayır. Onlardan mütləq əksəriyyəti (99,1%) avarlardır.
Həmçinin yaşayırlar:
qumuqlar — 20 nəf. (0,3 %)
ruslar — 13 nəf. (0,2 %)
darginlər — 10 nəf. (0,1 %)
çeçenlər — 9 nəf. (0,1 %)
laklar — 9 nəf. (0,1 %)
digərləri — 7 nəf. (0,1 %)[5]
Qalereya
- Dilim
- Dilim
- Dilim
- Dilim
- Dilim
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.