From Wikipedia, the free encyclopedia
Diary 001 — ABŞ müğənnisi Clairo-nun debüt mini-albomu. Bu, onun Claire Cottrill adı altında buraxdığı bir sıra demolar və birgə əməkdaşlıq relizlərindən sonra gəlir, və ümumilikdə onun on ikinci mini-albomudur. Mini-albom 25 may 2018-ci ildə Fader Label tərəfindən buraxılıb.
Diary 001 | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Clairo tərəfindən ifa olunmuş | |||||||||||||||||||
Yayımlanma tarixi | 25 may 2018 | ||||||||||||||||||
Janr | |||||||||||||||||||
Müddət | 14:43 | ||||||||||||||||||
Dil | ingilis dili | ||||||||||||||||||
Leybl | Fader Label | ||||||||||||||||||
Prodüser |
|
||||||||||||||||||
Clairo albomlarının xronologiyası | |||||||||||||||||||
|
|||||||||||||||||||
|
Clairo müğənni kimi karyerasına 2014-cü ildə "Do U Wanna Fall in Love?" adlı mini-albomunu buraxaraq başlayıb.[1] O, bu mini-albomu Bandcamp üzərindən doğum adı Claire Cottrill adı altında buraxmışdır. Bundan sonrakı illər ərzində o, daha səkkiz demo mini-albom və iki birgə əməkdaşlıq mini-albomu təqdim etdi.
2017-ci ildə Fader Label ilə müqavilə bağladıqdan sonra o, yeni adı Clairo altında ilk buraxılışı olan indi-pop sinqlı "Flaming Hot Cheetos"-u təqdim edib. Bunun ardınca o, "Pretty Girl" sinqlını çıxarıb. Bu mahnının musiqi videosu YouTube-da viral olub. Sözügedən video tamamilə Clairo-nun özü tərəfindən, Massaçusets ştatının Karlayl şəhərindəki yataq otağında lentə alınıb. Musiqi videosunun uğuru Capitol, Columbia və RCA da daxil olmaqla, böyük səsyazma şirkətinin marağına səbəb olmuşdur.[3] Mini-albomdan sonuncu sinql olan "4EVER" 2018-ci ilin aprelində buraxılıb.
Clairo mini-albomunu tanıtmaq məqsədilə 2018-ci ildə ingilis-alban müğənni Dua Lipa-nın konsertinin aşılışında çıxış edib.[4][5] Həmin il Clairo, “Lazy Days Tour” adlı öz konsert turunu da təşkil edib və canlı çıxışlar edib.[6]
Bəzi Reddit istifadəçiləri Clairo-nun uğura təbii və ya həqiqi bir şəkildə nail olmadığını, və onun "industry plant" olduğunu irəli sürdülər. Onlar iddia edirdilər ki, guya Clairo, musiqi sənayesindəki əlaqələrindən, əsasən da atasının sərvətindən istifadə edərək populyarlıq qazanıb.[7][8] Clairo cavabında insanların onun uğurunun səbəbinin kişi olduğunu iddia etmələrinə üzüldüyünü bildirib. O, bu iddiaları öz karyerasına qoyduğu zəhmətə və bacarıqlara haqsızlıq kimi qiymətləndirib. Clairo, haqqında deyilənləri cinsiyyətçilik kimi gördüyünü və qadınların nailiyyətlərini kişilərə hesablanmağın doğru olmadığını deyir. The New York Times-a danışan Clairo müsahibəsində deyib: "Sadəcə mənim də hər bir sənətçi kimi işlərimi idarə edəcək birisi var."[9]
İcmallar | |
---|---|
Tənqidçilərin qiyməti | |
Mənbə | Reytinq |
Pitchfork | 7.0/10[1] |
Mini-albom Pitchfork-dan olduqca yaxşı rəy alıb, 10-dan 7 xal. Rəyçi Saşa Geffen Clairo-nun gördüyü işi tərifləyib.
№ | Başlıq | Sözlər | Musiqi | Prodüser(lər) | Müddət |
---|---|---|---|---|---|
1. | "Hello?" (featuring Rejjie Snow) |
| Cottrill | Cottrill | 2:15 |
2. | "Flaming Hot Cheetos" | Cottrill | Cottrill | Cottrill | 2:02 |
3. | "B.O.M.D." (featuring Danny L Harle) | Cottrill |
|
| 2:39 |
4. | "4EVER" | Cottrill |
|
| 2:39 |
5. | "Pretty Girl" | Cottrill | Cottrill | Cottrill | 2:59 |
6. | "How" (demo) | Cottrill | Cottrill | Cottrill | 2:07 |
Ümumi müddət: | 14:43 |
Ölkə | Tarix | Format | Ref. |
---|---|---|---|
Various | 25 may 2018 |
|
[11] |
ABŞ | 10 avqust 2018 | LP vinil | [12] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.