Remove ads
From Wikipedia, the free encyclopedia
Devalvasiya — (lat. de — enmə, lat. valeo — dəyəri) pul vahidinin qızıl məzmununun rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyutaya görə məzənnəsinin aşağı düşməsi deməkdir. Müasir şəraitdə termin stabil valyutalara nisbətən enən milli valyutada işlənilir.[1]
Revalvasiyaya əks olaraq, devalvasiya milli banklarda milli valyutanın idarə olunması aləti kimi baxılır.
İnflyasiya termini devalivasiya termininə yaxındı, amma birinci milli valyutanın yerli bazarda alıcılıq qabiliyyətinə aiddi, ikinci isə xarici valyutaya görə alıcılıq qabiliyyətinə. Mənaca ikisi də alıcılıq qabiliyyətini xarakterizə edir. Valyutanın devalvasiyası ölkə daxilindəki inflyasiya səbəbindən də ola bilər. Xarici valyutanın inflasiyaya uğramasından da milli valyuta devalvasiyaya uğramadan inflyasiyaya uğraya bilər. Əgər xarici valyuta deflyasiyaya uğrasa devolvasiya inflyasiyasız ola bilər.
Devalvasiyanı 2 yerə ayırırlar: rəsmi(açıq) və gizli devalvasiya.
Rəsmi devalvasiyada Mərkəzi Bank milli valyutanın devalvasiyanı rəsmən təsdiq edir.
Gizli devalvasiyada dövlət pulun əsl qiymətini xarici valyutaya görə dövrdən çıxarmayaraq aşağı salmağa başlayır.
Rəsmi devalvasiyada əmtəə qiymətlərini aşağı qiymətə düşməyə doğurur, amma gizli devalvasiyada bu öz özünə olmur.
1992-ci ildə funtun enməsini misal göstərmək olar, Corc Soros bundan böyük gəlir əldə edə bilmişdi. Spekulyantların təzyiqi altında dövlət qərara aldı ki, valyutanı saxlamağa lüzum yoxdur. Funtun alman markasına qarşı enişi o vaxt 12% təşkil edirdi.
Azərbaycanda devalvasiya 21 fevral 2015-ci ildə baş verdi.[2] Milli bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etdi.[3][4] Devalvasiya 33.8% oldu. 21 dekabr 2015-ci ildə isə 2-ci devalvasiya oldu və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsində qərarlaşdı [5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.