Deva Şiqeto (藤井 較一, 出羽 重遠?, 17 yanvar 1856, Ayzu[d], Fukuşima prefekturası27 yanvar 1930, Tokio[d])Yaponiya İmperiya Donanmasının admiralı. Rus-yapon müharibəsi zamanı döyüş diviziyasına və Dördüncü Donanmaya komandanlıq etmişdir.

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Deva Şiqeto
yap. 出羽重遠
Thumb
Şəxsi məlumatlar
Doğum tarixi 17 yanvar 1856(1856-01-17)
Doğum yeri
Vəfat tarixi 27 yanvar 1930(1930-01-27) (74 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
  • Yaponiya İmperiya Donanmasının Hərbi Akademiyası[d]
Hərbi fəaliyyəti
Qoşun növü Yaponiya İmperiya donanması
Xidmət illəri 1872-ci ildən
Rütbəsi Admiral
Döyüşlər
Təltifləri Order of the Rising Sun with Paulownia Flowers, 1st class
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı və karyerası

Deva Şiqeto 1856-cı ildə Yaponiyanın Ayzu hanında doğulmuşdur. 1878-ci ildə Donanma Akademiyasını 5-ci olaraq bitirmişdir. O, kiçik zabit kimi donanma heyətində vəzifə tutmuş, Birinci Çin-yapon müharibəsində ölkənin müdafiə qüvvələrindən olan Qərb Dənizləri Donanmasının zabiti kimi iştirak etmişdir. Növbəti illərdə gəmi və heyət komandanı olmuş, 1900-cü ildə kontr-admiral, 1904-cü ildə isə vitse-admiral rütbəsinə yüksəlmişdir.[1]

Rus-yapon müharibəsi zamanı Port-Artura hücumda iştirak etmiş, Sarı dəniz döyüşündə "Yakumo" krayserinin göyərtəsindən İkinci Donanmanın 3-cü Döyüş Diviziyasına komandanlıq etmişdir. Tsuşima döyüşündə dörd krayserdən ibarət olan eyni diviziyaya bu dəfə "Kasagi" kayserinin göyərtəsindən komandalıq etmişdir. 1904-cü ilin iyunun Dördücü Donanmanın komandanı təyin olunmuşdur.[1]

Müharibədən sonra 1907-ci ildə baron tituluna layiq görülmüş və 1912-ci ildə admiral rütbəsinə yüksəlmişdir. Dürüst şəxsiyyət kimi tanındığı üçün 1914-cü ildə Siemens skandalını araşdırmaqdan məsul olan donanma komitəsinin sədri seçilmişdir. O, hərbi məhkəmə təşkil edərək yüksək rütbəli bir neçə donanma zabitini həbs etmişdir və həmin il Yamamoto Qonnohyoe kabinetinin istefasına səbəb olmuşdur. 1920-ci ildə ikinci rezervə daxil olmuş, 1933-cü ildə ölmüşdür.[1]

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.