From Wikipedia, the free encyclopedia
Denden məbədi (電電宮, Denden-qu?) – Yaponiyanın Kioto şəhərinin Nişikyo rayonunda yerləşən şintoist məbədi. Elektrik və radio dalğaları kamisi Denden-Myocinə həsr olunmuşdur.
Şintoizm | |
Denden məbədi (電電宮?) | |
---|---|
Din | |
Həsr olunub | Denden-Myocin |
Festivalları | 23 may |
Yerləşməsi | |
Ölkə | Yaponiya |
Prefektura | Kioto prefekturası |
Şəhər | Kioto |
Rayon | Nişikyo |
|
|
Saytı | |
kokuzohourinji.com/dende… | |
Şintoizm terminologiyası |
Denden-Myocin orta əsrlərdə Kiotonun kiçik bölgələrində sitayiş edilən ildırım kamisi olmuşdur.[1] Bu tanrı kənd təsərrüfatı və çəltik yığımı ilə də assosiasiya edilmişdir.[1] Yaponiyada Denden-Myocinə həsr olunmuş yeganə məbəd Horin məbəd kompleksinin içində tikilmişdir.[1] Məbəd yerli sakinlər arasında populyar olsa da, 1864-cü ildə Hamaquri darvazası üsyanı zamanı baş verən yanğın nəticəsində məhv olmuş və bərpa olunmamışdır.[1]
1956-cı ildə Kinki Radio Tənzimləmə Şurasının direktorunun təklifi ilə Denden-Myocinə həsr olunmuş yeni məbəd tikilmişdir.[1] Bu zamandan etibarən Denden-Myocin elektrik və radio dalğalarının kamisi hesab olunmağa başlamışdır.[1] Osaka prefekturasında baş tutan Ekspo 70 tədbiri münasibətilə 1969-cu ildə məbəd yenilənmişdir.[2]
Məbəddə Henrix Hers və Tomas Edisona həsr olunmuş abidə tikilmişdir.[1] Məbəd kompüter mühəndisləri, proqramçılar, telefon xidməti provayderləri arasında populyardır.[1] Elektrikli nəqliyyat vasitələrinə sahib şəxslər təhlükəsiz səyahət üçün bu məbəddə dua edirlər.[1]
Məbəddə satılan omamorilər 16 qiqabaytlıq SD yaddaş kartı formasındadır.[1] Məbədin illik festivalı 23 may tarixində baş tutur.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.