From Wikipedia, the free encyclopedia
David Soslan (gürc. დავით სოსლანი, Davit Soslani; oset. Сослан-Дауыт / Soslan-Dawyt) — Alaniya şahzadəsi, Gürcüstan çariçası Tamaranın əri və həmkarı, feodal Gürcüstanın ən yüksək çiçəklənməsi dövründə qoşunların baş komandanı.[2]
David Soslan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | XII əsr |
Vəfat tarixi | 1207 |
Fəaliyyəti | hərbi qulluqçu |
Həyat yoldaşı | |
Uşaqları | |
Ailəsi | Baqrationi |
Dini | Gürcü Ortodoks Kilsəsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tamar birinci əri, Rus knyazı Yuri Boqolyubskidən boşanmış, 1187–1189-cu illərdə Tiflis yaxınlığındakı Didube sarayında David Soslanla evlənmişdir. Erməni salnaməçisi Mxitar Qoşun yazdığına görə, Tamar "Alan çarlığından olan, onun ana tərəfdən qohumu, adı Soslan və Gürcüstan taxtına çıxanda David adını alan adamla evlənmişdir".[3] David Soslanın Tamarın əri statusu, eləcə də incsənətdə, nizamnamələrdə və sikkələrdə adının hallanması çarlığa hakimiyyətdə kişi aspektlərinin zəruriliyi ilə ciddi şəkildə diktə edilmişdi. Buna baxmayaraq, o, Tamarla taxtı paylaşsa da, müstəqil bir hökmdar deyildi və Tamara tabe qalmışdı.[4]
David Tamarın ekspansionist siyasətini enerjili şəkildə dəstəkləmiş, həmin illər ərzində bir sıra münaqişələrdə Gürcüstanın hərbi uğurlarına cavabdeh olmuşdur.[5] Orta əsr gürcü mənbələri onun yaraşıqlılığını, hərbi istedadını, şücaətini və Tamara sədaqətini yüksək qiymətləndirirdilər. 1190-cı illərdə David Soslan gürcülərin Bərdə, Ərzurum, Geğarkunik, Beyləqan və Gəncəyə basqınlarına başçılıq etmişdir. Onun 1195-ci ildə Şamxorda Eldənizlilər və 1202-ci ildə Basiyanda Rum səlcuqiləri üzərində qazandığı qələbələr müvafiq olaraq Şərqi və Qərbi Qafqaz yürüşlərində gürcülərin mövqelərini təmin etmişdir. O, qısa müddət sonra, təqribən 1207-ci ildə vəfat etmişdir.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.