From Wikipedia, the free encyclopedia
Tentaculata (lat. Tentaculata) — heyvanlar aləminə aid heyvan tipi.
Daraqlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Tip: Daraqlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ölçüləri 2–3 mm-lə 3 m arasında dəyişir. 100-150 növü məlumdur.
Alimlər tərəfindən Mnemiopsis leidyi-nin daxili cənub dənizlərinə (Qara, Azov, sonra da Xəzərə) köçməsinin (invaziyasının) qeyd alınması onun bu dənizlərin ekosistemlərinə real daxil olma tarixindən xeyli sonra olmuşdur. Mnemiopsis daraqlısının birinci dəfə Qara dənizdə aşkar olunması 1982-ci ilə təsadüf edir (Pereladov, 1988), bir növ kimi isə o, 1986-cı ildə qeydə alınmışdır (Zaitsev et al., 1988).
Xəzər dənizində daraqlılar haqqında ilk məlumatı 1996-cı ildə balıqçılar vermişlər ki, bu da onların toruna düşməsi ilə əlaqədar olmuşdur. Lakin bu növ ancaq 1999-cu ildə Xəzər ETBTİ-nin mütəxəssisləri tərəfindən Türkmənistan sahillərində aparılan ekspedisiya zamanı qeydə alınmışdır (Zaitsev, 2001). Nəticə etibarilə Qara dəniz və Azov dənizinin ekosistemi 20 ildən artıq, Xəzər dənizi isə 10 ildən artıqdır ki, Mnemiopsis leidyi-nin təsiri altındadır.
Qara və Azov dənizində aparılan çoxillik tədqiqatlar nəticəsində Mnemiopsis leidyi-nin bu dənizlərin bütün ekosisteminə, ilk növbədə pelaqial və bentosa təsiri aşkar edilmişdir (Volovik, 2004).
Aparılmış tədqiqatlar göstərmişdir ki, Qara dənizdə Mnemiopsis leidyi-nin zooplanktonla intensiv qidalanması ilə əlaqədar olaraq zooplanktonun biokütləsi 23-30 dəfə azalmışdır.
Mnemiopsis dənizin dibindəki onurğasız heyvanların faunasına xeyli dərəcədə təsir edərək, onların pelaqial sürfələrini yeyir. Hesablanmışdır ki, mnemiopsis bentos orqanizmlərin pelaqial sürfələrini yeməsi nəticəsində, bentos orqanizmlərin biokütləsi 30% azalır (Volovik et al., 1993). Beləliklə, mnemiopsis Xəzər dənizində vətəgə əhəmiyyətli balıq sayılan nərəkimilərin, kilkələrin, kütümün və başqa balıqlarının qidalanma şəraitinə, onların ehtiyatının formalaşmasına, həmçinin sayına mənfi təsir göstərir.
Bununla əlaqədar olaraq, 2000-ci ildən başlayaraq Azər ETBTİ-nin əməkdaşları Xəzərin Azərbaycan sektorunda Mnemiopsis leidyi-nin sayının, biokütləsinin və yayılmasının öyrənilməsinə dair monitorinq çərçivəsində tədqiqat işləri aparırlar.
Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfat İnstitutu, habelə Rusiya Federasiyası, Qazaxıstan Respublikası və İran İslam Respublikasının müvafiq qurumları tərəfindən yabancı növ olan Mnemiopsis (Mnemiopsis Leydi) ilə mübarizə aparmaq üçün Beroye (Beroe Ovata) daraqlısının introduksiya imkanlarının tədqiqi üzrə tədbirlər proqramı hazırlanmışdır. Proqrama əsasən Xəzəryanı ölkələr tərəfindən Mnemiopsislə əlaqədar dəniz tədqiqatları keçirilir. Beroye daraqlısının mümkün olan introduksiyası şəraitində ekosistem proseslərinin modelləşdirilməsi, gəmi tankerlərinin ballast sularında daraqlı orqanizmlər üzrə monitorinqin keçirilməsi və digər tədbirlər nəzərdə tutulmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.