Dadli
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Dadli — Böyük Britaniyada, İngiltərədə şəhər.
Şəhər | |
Dadli | |
---|---|
Dudley | |
52°31′ şm. e. 2°06′ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | DY1, DY2 |
Digər | |
dudley.gov.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Britaniyada, İngiltərənin mərkəzi hissəsində, Staffordşir qraflığında şəhər. Әh. 79,4 min (2011), Qərbi Midlend konurbasiyasına (əhalisi təqr. 2,6 mln.) daxildir.
Qara ölkə adlandırılan (18–19-cu əsrlərdə sənaye inqilabı illərində ətraf mühitin sənaye tullantıları ilə çirklənməsinə və hisin divarlara hopması nəticəsində binaların, əsasən tünd rəngdə olmasına görə) ərazidə ən iri şəhərdir. Şimala (Lankaşirə), şərqə (Birminhemə), qərbə (Uelsə) və cənuba (İngiltərənin cənub-qərbi) ayrılan dəmir yolları və avtomagistrallar qovşağıdır. Sənaye inqilabı dövründən yüklərin nəqli üçün inşa olunmuş kanallar (ən uzunu 2,9 kmdir; hazırda istirahət məqsədilə istifadə edilir) şəbəkəsi saxlanılmışdır. Aeroport (Birminhemdə). 8-ci əsrdən Dadlinin yerində ağac (12-ci əsrdən daş) qəsr yerləşirdi; şəhər qəsrin ətrafında meydana gəlmişdir. 1647-ci ildə qəsr O. Kromvelin qoşunları tərəfindən dağıdılmışdır. 17-ci əsrdə Dadlidə yerli gil əsasında şüşə-keramika istehsalına başlanıldı. Dadli güclü sənaye mərkəzi kimi inkişaf edirdi: 18–19-cu əsrlərdə daş kömür hasilatı, sonra qara metallurgiya, metal emalı (mismar istehsalı), maşınqayırma, həmçinin toxuculuq və gön-dəri sənayesi meydana gəl di. 20-ci əsrdə köhnə sahələrin çoxu tənəzzül etdi. 18–19-cu əsrlərdə şəhərin simasını plansız inşa olunmuş yaşayış evlərinin əhatəsində çoxsaylı fabrik müəyyən edirdi; o dövrün bir çox xüsusiyyəti şəhərin müasir görünüşündə saxlanılmışdır. Qəsr qalıqları (12–13-cü əsrlər), kilsə (1840), 19-cu əsrin sonu –20-ci əsrin əvvəllərinə aid özəl evlər qalmışdır. "Uoterfront" biznes-parkı 20-ci əsrin sonlarında inşa edilmişdir. Texnoloji kollec; "Qara ölkə" muzeyi (1975; hisçəkmiş binalardan ibarət qədim tikililərin fraqmentləri, emalatxanalar,bazar, dükan lar, şaxta və s.), Şüşə muzeyi, İncəsənət qalereyası; zoopark fəaliyyət göstərir.
İqtisadiyyatda xidmət sferası (işləyənlərin 60,9%-i, 2001; əsasən, yerli ehtiyacları ödəyir), o cümlədən mehmanxana-restoran biznesi (22,6%), maliyyə və biznes xidmətləri (13,1%), səhiyyə (10,0%), təhsil (6,9%) və digər xidmətlər (8,3%) üstün mövqe tutur; lakin ölkənin digər şəhərlərinə nisbətən Dadlidə bu sektor az inkişaf etmişdir. Sənayedə (tikintidə daxil olmaqla işləyənlərin 33,3%-i) maşınqayırma, o cümlədən sənaye avadanlıqlarının, avtomobillər üçün ehtiyat hissələrinin, metal məmulatların, həmçinin dəzgah və elektrotexnika məhsullarının ("Castle Engineering Resources", "MC Steel Structures", "Deepdale Enginee -ring" və s. şirkətlərin z-dları) istehsalı irəlidədir. Köhnə sahələrdən olan çinifayans və şüşə-saxsı sənayesi öz əhəmiyyətini saxlamışdır ("Royal Brierly Crystal", "Royal Doulton" və "Stuart Crystal" kimi tanınmış firmaların müəssisələri).[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.