Dağıstan İşıqları (rus. Дагестанские Огни, ləzg. Дагъустандин ЦIаяр, tab. Дагъустнан ЦIаяр, aqul. Дагъустандин Цlаяр) ― Rusiya Federasiyasının Dağıstan Respublikasında şəhər.

Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...
Şəhər
Dagestanskiye Oqni
Thumb
Thumb Thumb
Bayraq Gerb
42°07′ şm. e. 48°12′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1914
Sahəsi
  • 9,27 km²
Mərkəzin hündürlüyü 35 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 32.330 nəf. (2024)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 368670
Digər
дагогни.рф
Xəritəni göstər/gizlə
Thumb
Dagestanskiye Oqni
Dagestanskiye Oqni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Xəzər dənizinin sahilində, dəniz səviyyəsindən 35 metr yüksəklikdə, Baraftau dağından şimal-şərqdə, paytaxt Mahaçqalanın 118 kilometr cənub-şərqində yerləşir. Coğrafi baxımdan Dərbənd rayonunun keçmiş ərazisində qurulub və onun tərəfindən tamamilə əhatə edilib. Dərbənd şəhərinə yaxınlığı baxmından Dərbəndin "peyk şəhəri" də hesab edilir. Dağıstanın ən cavan və səkkizinci ən iri şəhəridir.

Tarix boyu bura təbii qaz yataqları ilə bölgədə məşhur idi. 1914-cü ildə Həştərxanlı Malışev qardaşları burada həmin qazdan istifadə edən zavod tikdirmişdilər və zavodun ətrafında salınan məskun yerə indiki adı bu səbəbdən qoyuldu. Vətəndaş müharibəsi zamanı sözügedən zavod məhv edilmişdir.

Sovet İttifaqı dövründə Dağıstan İşıqları şəhərinin rolu iqtisadi baxımdan çox böyüdü. Burada şüşə zavodu, xalça fabriki tikildi. Şəhərin əhalisi 1939-cu ildən 2008-ci ilə qədər altı dəfə böyüyüb. 1990-cı ildə qəsəbə şəhər statusunu aldı.

2002-ci ilin siyahıyaalmasına əsasən bu gün şəhərin əhalisi 26.346 nəfər idi[2] və əsasən tabasaranlılardan (35%), azərbaycanlılardan (26%) və ləzgilərdən (22%) ibarət idi.[3]

2010-cu ilin siyahıyaalmasına əsasən şəhər əhalisi 27,923 nəfər idi, və əsasən tabasaranlılardan (46,20 % (12,901 nəfər)), azərbaycanlılardan (21,29 % (6,290 nəfər)), ləzgilərdən (18,00 % (5,016 nəfər)), dargilərdən (6,45 % (1,810 nəfər)), ağullardan (4,89 % (1,028 nəfər)), ruslardan (1,09 % (303 nəfər)), qumuqlardan (0,61 % (169 nəfər)) və digərlərindən (1,20 % (334 nəfər); milliyətini qeyd etməyənlər — 0,26 % (72 nəfər)) ibarət idi.

Xarici keçidlər

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.