Dündar Əli Əfəndi
From Wikipedia, the free encyclopedia
Remove ads
Dündar Əli Osmanoğlu (30 dekabr 1930, Dəməşq – 18 yanvar 2021[2], Dəməşq[1]) — Osmanlı sülaləsinin onuncu rəisi və Osmanlı şahzadəsi.
Remove ads
Həyatı
Şahzadə Dündar Əli Əfəndi 1930-cu ildə Dəməşqdə dünyaya gəlmişdir. Atası Sultan Əbdülhəmidin oğlu Mehmed Səlim Əfəndinin oğlu Mehmed Əbdülkərim Əfəndi, anası isə onun xanımı Nemət xanım idi. Balaca Dündar atasının sürgündə yaşadığı Dəməşqdə dünyaya gəlmiş, 1 yaşı tamam olmamış anası və atası ayrılmışdı. Atasının taxt mübarizəsi uğrunda Şərq ölkələrinə səyahət etməsi səbəbilə bundan sonrakı həyatını anasıyla keçirmişdir. 1935-ci ildə atası vəfat etmiş, bu səbəblə 2 il boyunca Beyrutdakı babası Mehmed Səlim Əfəndinin yanında qalmışdır. Ancaq babasının 1937-ci ildə vəfat etməsiylə yenidən Dəməşqə döndülər. Burada Yüsra xanımla evləndi. Övladı olmamışdır.
1995-ci ildə yenidən Türkiyə Cümhuriyyəti vətəndaşı oldu. 2017-ci ildə Osman Bəyazid Əfəndinin vəfatının ardından Osmanlı sülaləsinin rəisi elan olundu. 18 yanvar 2021-ci ildə vəfat etdi və ailə rəisliyi Harun Əfəndiyə ötürüldü.
Remove ads
Mənbə
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads