From Wikipedia, the free encyclopedia
Cənubi Buq — Ukraynanın cənub qərbində çay.[2]
Cənubi Buq | |
---|---|
ukr. Південний Буг | |
| |
Ölkə | |
Regionlar | |
Mənsəbi | Qara dəniz |
Uzunluğu | 806 km |
Su sərfi | 160 m³/s |
Su hövzəsi | 63,700 |
Hövzəsinin sahəsi | 63.700 km²[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Uzunluğu 806 km, hövzəsinin sahəsi 63,7 min km2.[2]
Podol yüksəkliyi və Qaradənizyanı ovalıqla axır. Qara dənizin Dnepr limanına tökülür. Yuxarı axını bataqlıqlaşmış ərazidən keçir; orta axınında astanalar var. Əsas qolları: sağdan Kolıma, Savranka; soldan Sinyuxa, İnqul. Qarışıq mənbədən qidalanır. Ortaillik su sərfi Aleksandrovka kəndi yaxınlığında 87,6 m³/san. Noyabrdan fevraladək donmuş olur. Fevralın sonu mayın əvvəlinə qədər gursuludur. Cənubi Buq hövzəsində ümumi sah. 268 km² olan 4 min göl və su anbarları var. Mənsəbindən Vinnıtsia şəhərinədək gəmiçiliyə yararlıdır. Balıq (suf, durnabalığı, xulbalıq, çömçə balığı) ovlanır. Suvarmada istifadə olunur. SES-lər var. Xmel nitski, Xmilnık, Vinnıtsia, Hayvoron, Pervomaysk, Voznesensk, Mikolayiv şəhərləri Cənubi Buq sahilindədir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.