From Wikipedia, the free encyclopedia
Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli (29 yanvar 1887, Şamaxı – 30 iyul 1965, Bakı) — Azərbaycan ictimai xadimi, maarifçi, pedaqoq, metodist, publisist və yazıçı.
Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli 1887-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Atasını erkən itirmişdi. Mir Cəfər Seyidzadənin mənəvi yardımı ilə 1896-cı ildən 1901-ci ilədək Şamaxı şəhər məktəbində oxumuşdu.
O, 1908-ci ildə imtahan verib məktəb müəllimi adını almışdı. 1919-cu ilə kimi Şamaxıda müəllim işləmişdi.
1920-ci ildə Bakıda Köhnə Marinskaya qız gimnaziyasının binasında ilk darülmüəllimat — qızlar üçün seminariya yaradılmışdır. Onun müdiri Azərbaycan xalqının fədakar qızlarından Mədinə Qiyasbəyli idi. 1926-cı ildə Maarif Komissarlığının sərəncamı ilə hər iki seminariya birləşdirilərək Bakı Müttəhid (birləşmiş) Pedaqoji Texnikum kimi fəaliyyət göstərməyə başlamış və tezliklə respublikanın tədris ocaqları arasında özünəməxsus yer tutmuşdur. Birləşmiş məktəbin direktoru Pənah Qasımov, tədris işləri üzrə direktor müavini Cəmo Cəbrayılbəyli idi. O illərdə texnikum təkcə Azərbaycan üçün deyil, Orta Asiya və Dağıstan respublikaları üçün də pedaqoji kadrlar hazırlayırdı.
Yavər Kələntərlini ailəvi məclislərdə çox zaman Cəmo Cəbrayılbəyli müşayiət edərdi. O, indi də Yavərin işarəsini gözləyirdi. Yavər Cəmoya baxıb gülümsünəndə, o dərhal tarını götürüb, Yavər xanımın yanında əyləşdi. Yavər "Segah" üstə "Leyli və Məcnun" poemasından bir qəzəl oxumağa başlayan kimi, məclis sükuta qərq oldu. Yavər oxuyub-qurtaran kimi məclisi alqış sədaları bürüdü. Onun ünvanına təriflər yağmağa başladı. Sonra Cəmo yenidən tarını sinəsinə basdı. "Kəsmə- Şikəstə"yə başlayıb Yavərə baxdı. Araya sükut çökdü. Yalnız tarın həzin sədaları altında Yavərin ürəkyandıran "Kəsmə-Şikəstə"si eşidilirdi. O gecə, həmin məclisdə qərara gəldilər ki, tezliklə Maarif evində keçiriləcək tədbirdə Yavər Kələntərli də çıxış etməlidir. Gənc sovet dövlətinin məktəb-maarif məsələlərində, az qala, inqilab elan etdiyi günlər idi. Müəllimlərin sözü hər yerdə keçirdi. Başının ağrımasını istəməyən Xudaverdinin də razılıq verməkdən başqa çarəsi qalmadı. Elə oradaca əlüstü müsamirədə Yavər Kələntərlini müşayiət edəcək musiqiçilər də müəyyənləşdirildilər. 1924-cü il noyabrın 5-də Maarif evinin ikimərtəbəli binasında sovet hakimiyyətinin 5-ci ildönümü münasibətilə tədbir keçirilirdi. O gecə Yavər "Mahur-hindi" muğamını ifa etdi. Onu tarda Bədəlbəy Bədəlbəyli, skripkada Cəmo Cəbrayılbəyli müşayiət etdilər. Bundan sonra Üzeyir bəy ona muğam dərnəyinə getməyi məsləhət gördü.
"Cəmo bəy" təxəllüsü ilə bəzi şeirlər yazıb.[1] Azərbaycan himninin sözlərinin də əslində ona aid olduğu bildirilir.[2]
Buna səbəb, 1999-cu ilin fevralında "Respublika" qəzetində həmin şeir mətninin 1919-cu ildə Bakıda nəşr edilən "Milli nəğmələr" adlı şeirlər məcmuəsində "Vətən marşı" başlığı və "Cəmo bəy" imzası ilə çap edilməsi haqda yazı idi. Bu fakt həmin dövrdə "Cəmo bəy" kimi məhz Cəmo bəy Cəbrayılbəylinin tanındığını və qəbul edildiyini göstərir. Ona görə də 1919-cu ildə "Milli nəğmələr" kitabında onun şeiri – bu gün Dövlət Himnimizin sözləri olan əsəri elə "Cəmo bəy" imzası ilə çap edilmişdir.[3]
2020-ci ildə İTV-nin efirində getmiş "Bir mahnının tarixçəsi" verilişində eyni iddialar səsləndirilmişdir.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb.Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımlıdır.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.