From Wikipedia, the free encyclopedia
Codi Foster (ing. Alicia Christian «Jodie» Foster; 19 noyabr 1962, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
CODİ FOSTER | |
---|---|
ing. Jodie Foster | |
Doğum adı | Alicia Christian Foster |
Doğum tarixi | |
Doğum yeri | Los-Anceles, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Fəaliyyəti | aktrisa, rejissor |
Fəaliyyət illəri | 1968-ci ildən |
Təhsili |
|
Mükafatları | |
IMDb | ID0000149 |
Vikianbarda əlaqəli mediafayllar |
Hollywood-un məşhur aktrisalarından olan Alicia Christian Jodie Foster 1962-ci ilin 19 noyabrında ABŞ-nin Kaliforniya ştatının, Los-Anceles şəhərində anadan olub. Jodie aktrisalıq fəaliyyətinə hələ üç yaşında olarkən reklam çarxlarına və teleseriallara çəkilməklə başlayıb. 1970-ci illərdə isə "Walt Disney" studiyasının bir neçə filmlərində çəkilib. Aktrisanın böyük kinoda ilk rolu "Napoleon and Samantha" (1972) filmi ilə başlayır. 1974-cü ildə rejissor Martin Scorsesenin"Alice Doesn't Live Here Anymore" filmində rol alır. Daha sonra isə elə bu rejissorun "Taxi Driver" (1976) filmində yüngül həyat tərzli yeniyetməni canlandıran aktrisa 14 yaşında ilk dəfə Oscar-a nominant olur. Məhz bu filmdən sonra onu uzun müddət izləyən John Hinckley adlı bir şəxs sonradan 1981-ci ildə ABŞ prezidenti Ronald Reaganı öldürməyə cəhd etmişdir. O, bu addımıyla Jodie Fosterin xoşuna gəlmək istədiyini bildirmişdir. Xatırladaq ki bu filmin ssenarisinə əsasən filmdə Travis Bickle-ı oynayan Robert De Niro da prezidentliyə namizədə sui qəsd edir. 1985-ci ildə Jodie "ədəbi tənqid" ixtisası üzrə "Yale" universitetini bitirir. Aktrisa böyük kinoya 1988-ci ildə "The Accused" filmində oynadığı baş rolla qayıdır və bu rolu ona "Oscar" gətirir. Üstündən üç il keçdikdən sonra "The Silence of the Lambs" (1991) filmində ifa etdiyi rola görə ikinci dəfə "Oscar"-a layiq görülür. 1995-ci ildə "Nell" filmindəki roluna görə Jodie yenidən bu mükafata nominant olur, amma bu dəfə heykəlcik başqa aktrisanın qisməti olur. Amma hər halda dünya kinosu tarixində yalnız Jodie Foster və Hilary Swank 30 yaşınadək iki "Oscar" qazanmış aktrisalardır. Jodie daha sonralar "Maverick" (1994), "Contact" (1997), "Anna and the King" (1999), rejissor David Fincherin "Panic Room" (2002) [ bu filmi yaxında ayrıca paylaşacam ], "Flightplan" (2005), "Inside Man" (2006), "The Brave One" (2007), "Nim's Island" (2008) kimi filmlərdə və 2011-ci ildə ekranlara çıxan, özünün də rejissoru olduğu "The Beaver" filmində rol almışdır. "17744 Jodiefoster" asteroidi aktrisanın şərəfinə belə adlandırılıb. Foster fransızca sərbəst danışır və bəzi filmləri fransız dilinə özü dublyaj edir. Jodie Foster 2014-cü ilin aprelində qadın fotoqrafçı Alexandra Hedisonla ailə həyatı qurmuşdur.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.