Meyer yemişanı (lat. Crataegus meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Meyer yemişanı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Maleae Yarımtriba: Malinae Cins: Növ: Meyer yemişanı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Təbii yayılması
Balkan, Kiçik Asiya, İran və Qafqazda bitir.
Botaniki təsviri
Hündürlüyü 3–4 m-ə qədər olan tikanlı ağac və ya koldur. Cavan zoğu al qırmızıdır. Yarpaqları hər iki tərəfdən tükcüklü, 5-7 bölümlüdür. Yarpaq saplağı sıx tükcüklüdür. Meyvəsi ovalşəkilli tünd qırmızıdır. İki və ya bir çəyirdəklidir. Budağlarının qabığı boz, qırmızı qonurdur. Cavan zoğları gilənarı qırmızıdır, çox vaxt qısalıb yarpaqlaşmış tikanlara çevrilmişdir. Yarpaqlarının üst tərəfi tünd yaşıl rəngdə, alt tərəfi daha açıqdır, hər iki tərəfi keçəvari tüklüdür, qısa zoğların aşağı yarpaqları uzunsov-tərs yumurtavarıdır. Qaidəyə tərəf paz şəklində daralmışdır, təpə hissəsi dişli və ya üçdilimlidir. Yuxarı yarpaqlarının uzunsov-rombşəkilli, oturacağa yaxın hissəsi daha enli, pazşəkillidir, adatən 5 yerə, bəzi hallarda isə 7 yerə bölünmüşdür. Dilimləri ensiz və təpəyə yaxın mişarkənarlıdır. Arasındakı oyuqlar dərindir, ensizdir, dilimlərin kənarı çox vaxt bir-birinə toxunur, uzun zoğların yarpaqları 5-7 dilimlidir. Bu dilimlər daha enli və tüklü, kənarı daha iridişlidir, saplaqları yarpaq ayasından 2-3 dəfə qısa, üzəri sıx saçaqlıtüklüdür. Çiçək qrupunda 10-15 çiçək vardır; budaqları, çiçək saplaqları və çiçək yatağı bozumtul sıx keçətüklüdür. Tacı ağdır, diametri 15–17 mm-dir. Kasayarpaqcıqları uzunsov uçbucaqdır. Sütuncuqları 2, nadir hallarda 1-dir. Meyvələri ovalşəkilli, dəyirmi, tünd qırmızı rəngdədir. 12–18 mm uzunluqda, ətli, 2, az-az hallarda 1 çəyirdəklidir. May ayında çiçəkləyir, sentyabr-oktyabrda meyvə verir.
Ekologiyası
İstiyə, soyuğa, küləyə davamlıdır.
Azərbaycanda yayılması
Kiçik Qafqazda, Naxçıvanda və Lənkəranda orta dağ qurşağından başlamış 2500 m yüksəkliyə qədər yayılıb.
İstifadəsi
Park və bağlarda yaşıllaşdırmada istifadəsi mümkündür.
İstinadlar
Həmçinin bax
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.