ingilis kimyagər (1728–1799) From Wikipedia, the free encyclopedia
Cozef Blek (ing. Joseph Black; 16 aprel 1728[1][2][…], Bordo[3] – 6 dekabr 1799[1][4][…], Edinburq[3]) — Şotland həkimi, fizik və kimyaçısı.
Cozef Blek | |
---|---|
ing. Joseph Black | |
Doğum tarixi | 16 aprel 1728[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 dekabr 1799[1][4][…] (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | Şotland |
Elm sahələri | fizika, tibb |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ticarət işləri ilə əlaqədar olaraq Bordo şəhərinə köçmüş çaxır istehsal edən ailədə anadan olmuşdur. Ailəsi ana tərəfdən şotlandiyalı olduğu üçün Qlazqo Universitetinə daxil olmuş və sonra öz təhsilini Edinburqda tibb ixtisası üzrə davam etdirmişdir.
1756-cı ildə Qlazqo Universitetində professor adına layiq görülmüş və 1766-cı ildə Edinburqda müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa, Cozef Blek 1783-cü ildə Sankt-Peterburq, 1789-cu ildə isə Parisdə Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. Blek 1754-cü ildə ağ maqneziumun qızdırılmasından ayrılan əlaqədar hava, yəni karbon dioksid karbon dioksidi və yanmış maqnezium (maqnezium oksidi) əmələ gəlməsini aşkar etmişdir. Daha sonra əhəngdaşının yanmasında əlaqədar havanın çıxarılmasını göstərir. Bu eksperementlərə əsasən o, belə nəticəyə gəlir; karbon anhidridinin və qələvilərin əsasların fərqi ondan ibarətdir ki, birincilərin tərkibinə karbon qazı daxildir.
Blekin bu ixtirası ilə pnevmanik kimyanın əsası qoyulur.
1757-ci ildə Blek ərimə və buxarlanma istiliklərini ixtira etməklə qizli istilik anlayışını elmə daxil edir, ancaq bu nəticələr yalnız 1779-cu ildə çap olunmuşdur.
1759-1763-cu illərdə o, istilik miqdarı və onun temperatur fərqini aşkar etmiş, istilik tutumu anlayışını tətbiq etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.