From Wikipedia, the free encyclopedia
Corc Herbert Volker Buş (ing. George Herbert Walker Bush; 12 iyun 1924[1][2][…], Milton[d], Massaçusets[3][4] – 30 noyabr 2018[5][6][…], Hyuston, Texas[7][4]) — Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti (1989–1993) və 43-cü vitse-prezidenti (1981–1989). Respublikaçılar partiyasının nümayəndəsidir. ABŞ-nin 43-cü prezidenti Corc Volker Buşun atasıdır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Corc Herbert Uoker Buş | |
---|---|
George Herbert Walker Bush | |
20 yanvar 1989 – 20 yanvar 1993 | |
Vitse-prezident | Den Kueyl |
Əvvəlki | Ronald Reyqan |
Sonrakı | Bill Klinton |
20 yanvar 1981 – 20 yanvar 1989 | |
Prezident | Ronald Reyqan |
Əvvəlki | Volter Mondeyl |
Sonrakı | Den Kueyl |
Şəxsi məlumatlar | |
Doğum adı | George Herbert Walker Bush |
Doğum tarixi | 12 iyun 1924[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 noyabr 2018[5][6][…] (94 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Parkinson xəstəliyi |
Partiya | Respublikaçılar partiyası |
Təhsili | Yel Universiteti |
Fəaliyyəti | siyasətçi, donanma zabiti[d], diplomat, pilot, sahibkar, avtobioqraf[d], dövlət xadimi |
Atası | Preskot Buş |
Anası | Doroti Uoker Buş |
Həyat yoldaşı | Barbara Buş |
Uşaqları |
oğlanlar: Corc Uoker Buş, Ceb Buş, Neyl Buş, Marvin Buş qızları: Polina Robinson, Doroti |
Ailəsi | Buş ailəsi[d] |
Dini | Protestant-Yepiskopal |
Hərbi xidmət | |
Qoşun növü | ABŞ hərbi donanması |
Döyüşlər | |
Rütbəsi | Kiçik Leytenant (HDQ) |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[8], hökumət[8] |
|
|
"Corc Buş prezident kitabxanası və muzeyi" | |
Vikianbarda əlaqəli mediafayllar |
1924 ilində Milton, Massaçusetsdə dünyaya gəldi. Konnektikut əyaləti senatorlarından bankir Preskot Şeldon Buş (1895–1972) ilə Doroti(uoker) Buş (1901–1992) cütlüyünün oğludur. Doğumundan qısa müddət sonra Buş ailəsi Qrinviç, Konnektikuta köçdü. Buş Qrinviçdə böyüdü; orada ve Andover'də (Massaçusets) özəl məktəblərində oxudu. Andover'dəki Filips Akademiyasını bitirdikdən sonra Dəniz Qüvvələri Ehtiyat Birlikləri'nde ehtiyat zabit oldu. II. Dünya müharibəsi ərzində (1942–44) Sakit okeandakı təyyarə gəmilərində bombardman pilotu oldu. Üstün Uçuş Nişanını qazandı.
1945 də Barbara Pirs ilə evləndi. Cütlüyün altı övladı oldu. Qrinviçdən qayıtdıqdan sonra Yel universitetinə qəbul oldu və 1948 də buradan məzun oldu. Atasının işində işləmək istəmədi, lakin atasının əlaqələri ilə Texasda Zapata Petroleum Corporation (1953) və Zapata Off-Shore Company (1954) kimi şirkətlərin qurucu ortağı oldu.
1959 dan etibarən Hyustonda Respublikaçılar partiyasında vəzifələndi.1964 də senato seçimlərində uğursuz oldu.1966 da Təmsilçilər məclisinə seçildi. Daha sonra bu postu tərk edərək 1970də senaro seçimlərinə qoşuldu və yenə uğursuz oldu.1973 də Buş water scandal ı zamanı Respublikaçı Partiyasının Beynəlxalq Komitəsinin prezidenti oldu. 1980-ci ildə namizədliyini ortaya qoymaq üçün kampaniya başlatsa da sonra Ronald Reyqana dəstək olmaq üçün öz namizədliyindən əl çəkdi.Ronald Reyqan prezident olduğu zaman isə prezident köməkçisi oldu.1984 də ikinci bir dönəm üçün yenidən seçildi. Ronald Reyqan bağırsaq əməliyyatı olduğu üçün ABŞ tarixində qısamüddətli prezidentlik vəzifəsinə yiyələnən ilk prezident katibi oldu.
1988-ci ildə prezident seçkilərində yunan əsilli rəqibi Maykl Dukakis qarşısında 54 faiz səs toplayaraq, 41-ci ABŞ prezidenti oldu.
Buş, Reyqanın izlədiyi siyasi yollarda ciddi bir dəyişikliyə baş vurmadı. SSRİ lideri Qorbaçovla bir neçə dəfə görüşərək qarşılıqlı silahsızlaşma haqqında danışıqlar apardı. 1992-ci ildə Demokratlar Partiyasının namizədi olan Bill Klintona məğlub oldu və siyasətdən birdəfəlik uzaqlaşdı.
1993-cü ildə 2-ci Yelizaveta tərəfindən cəngavərlik titulu verildi.1993-ün aprelində Küveytə getdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.