From Wikipedia, the free encyclopedia
Con Pirpont Morqan(ing. John Pierpont Morgan I; 17 aprel 1837[1][2][…], Hartford[3] – 31 mart 1913[1][2][…], Roma[1]) — Amerika biznesmeni.
Con Pirpont Morqan (1837–1913) "hava satıcısı" kimi tanınmış bu şəxs, məşhur maliyyəçi, Corc Pibodinin ortağı Cunius Spenser Morqanın ailəsində doğulmuşdur. Morqanların vaxtilə Yamayka qubernatoru olmuş ingilis dəniz qulduru Henri Morqanın nəslindən olması da maraqlı tarixi faktdır.
Bu baxımdan biz də bu nömrədə kiçik araşdırma aparmaqla mövzunu praktiki baxımdan tədqiq etməyi məqsədəuyğun hesab etdik. Keçmiş dövrün tanınmış maliyyəçilərindən Con Morqanın və Con Rokfellerin yazı xətti nümunələrini seçilməsi isə "maliyyə istedadı" anlayışının müxtəlif aspektlərinin işıqlandırılıması arzusundan irəli gəlirdi. Belə ki, onların hər birinin istedadı özünəməxsusluğu ilə seçilir və psixoloji keyfiyyətlərin xüsusi kombinasiyası ilə təcəssüm olunur.
Sadalanan şəxsiyyətlər ABŞ-də yaşamış və fəaliyyət göstərmişlər. Burada məhz belə bir sual meydana çıxır: "Görəsən, dünyanın digər ölkələrində istedadlı maliyyəçilər olmamışdırmı?" Təbii ki, olmuşdur. Lakin XIX əsrin sonu, XX əsrin əvvəllərində ABŞ öz imkanlarının spektrlərini səfərbər edib reallaşdırmağı bacaran xüsusi iqtisadi mühitə malik idi.
Karyera nərdivanının əsas hadisələrini və başlıca bioqrafik mərhələlərini nəzərə almadan görkəmli maliyyəçilərin istedadı haqda danışmaq yersizdir. Burada həmçinin, şəxsiyyətin formalaşdığı ailə mühiti də maraq doğurur.
Con Morqan tez-tez xəstələnən, cılız uşaq idi. Elə böyüyəndən sonra da sağlamlığı əvvəlkindən fərqlənmirdi. O, bir neçə xroniki xəstəlikdən (dəri-zöhrəvi, sətəlcəm, artrit, yüngül formalı epilepsiya) əziyyət çəkirdi. Ata Morqan övladına mülayim rəftarı ilə seçilməyib, onu ciddi tərbiyə etsə də, oğlunun Almaniyanın Gettingen universitetində təhsil alması üçün imkanları- nı əsirgəməmişdi. Con Morqan işgüzar karyerasına da atasının himayəsində, onun tövsiyəsi ilə Nyu-Yorkun nüfuzlu "Şerman" şirkətinin "Dunkan" bankında kiçik mühasib kimi başlamışdı.
İşgüzar sahədə ilk addımlarını atasından götürdüyü borcla, Mərkəzi Miçiqan Dəmiryolu Şirkətindən alınmış səhmlərdən birini sataraq, 100 % gəlir əldə etməklə atmışdır. Con Morqan maliyyə spekulyasiyası texnikalarını hərtərəfli şəkildə mənimsəmişdir. Vətəndaş müharibəsi illərində Morqan artıq qiymətli kağızlarla deyil, silahla spekulyasilar həyata keçirir, valyuta bazarında qızılla maliyyə fırıldaqçılığı edirdi. Maraqlısı isə odur ki, bu zaman onun nüfuzuna xələl gəlmir, əksinə, onu qeyri-adi zəka sahibi hesab edirdilər.
Tədricən iri inhisarçıya çevrilən Morqan, şirkətlərin birləşdirilməsi əməliyyatları ilə də məşğul olurdu. Polad istehsalı, elektrik enerjisi (közərən elektrik lampasının ixtiraçısı Tomas Edisonla əməkdaşlıq etmişdir), çap biznesi və bank investisiyası da onun fəaliyyət sahəsinə daxil idi.
1913-cü ildə ABŞ Senatı anti-inhisar kampaniyası çərçivəsində Morqanın fəaliyyətini araşdırmağa başlayır. Bu, iş adamının dərin stress keçirməsi, xroniki xəstəliklərinin kəskinləşməsi və sonda ölümü ilə nəticələnir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.