From Wikipedia, the free encyclopedia
Con Ostin (ing. John Austin; 3 mart 1790[1][2][…] – 1 dekabr 1859[3][4]) — ingilis hüquqşünası.
Hüquqi pozitivizm prinsiplərinin nəzəri cəhətdən əsaslandırılması ilk dəfə Con Ostindən başlamışdır. Con Ostin Ceremi Bentamın utilitarizminin davamçısıdır. İngiltərə və ABŞ-nin hüquqi elmlərində Ostinin əsərlərinin təsiri altında analitik hüquqşünaslıq adı ilə tanınmış nümayəndəli məktəb formalaşmışdır.
Con Ostin 1832-ci ildə London Universitetində oxuduğu mühazirələrin bir hissəsini "Hüquqşünaslıq sahələrinin müəyyənləşdirilməsi" adı ilə kitab halında çap etdirmişdir[5]. Bütövlükdə onun "Hüquqşünaslıq və ya pozitiv hüquq fəlsəfəsi üzrə mühazirələr"i 1863-cü ildə ölümündən sonra nəşr edilmişdir.
Ostin təbii hüququ və dövlətdə fəaliyyətdə olan qanunlara qiymətləndirici yanaşmanı inkar etmirdi, ancaq bu problemləri hüquqşünaslıq hüdudlarından kənara çıxarmışdı. O, insanın cəmiyyətdə davranışını müəyyən edən qanunların aşağıdakı növlərini ayırırdı:
Göstərilən qanun növləri, müvafiq olaraq, etika və ya dentologiya, əxlaq elmi və hüquqşünaslıq kimi elmləri öyrənir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.