From Wikipedia, the free encyclopedia
Coğrafi bloklama — istifadəçinin coğrafi mövqeyinə əsasən internet məzmununa çıxışı məhdudlaşdıran texnologiya. Geo-bloklama sxemində istifadəçinin yeri İnternet geolokasiya üsullarından istifadə etməklə müəyyən edilir, məsələn istifadəçinin IP ünvanını qara siyahı və ya ağ siyahı ilə yoxlamaq və istifadəçinin fiziki yerini təxmin etmək üçün şəbəkə bağlantısının ucdan-uca gecikməsini ölçmək.[1][2] Bu yoxlamanın nəticəsi sistemin veb-sayta və ya konkret məzmuna girişi təsdiq edib-etmədiyini müəyyən etmək üçün istifadə olunur. Geolokasiya digər aspektlərlə yanaşı, təqdim olunan məzmunu, məsələn, malların göstərildiyi valyutanı, mövcud malların qiymətini və ya çeşidini dəyişdirmək üçün də istifadə edilə bilər.
Termin ən çox internetdə filmlər və televiziya şouları kimi premium multimedia məzmununa girişi məhdudlaşdırmaq üçün, ilk növbədə müəllif hüquqları və lisenziyalaşdırma səbəbləri ilə əlaqələndirilir. Coğrafi blok üçün zərərli trafiki bloklamaq və ya qiymət diskriminasiyasını tətbiq etmək, məkan autentifikasiyası, fırıldaqçılığın qarşısını almaq və onlayn qumar oyunları (qumar qanunları regiona görə dəyişir) kimi digər səbəblər də mövcuddur.
Audiovizual əsərlərə eksklüziv ərazi hüquqlarının mülkiyyəti regionlar arasında fərqlənə bilər, Bu məzmun provayderlərindən təyin olunmuş regiondan kənarda istifadəçilərə girişə icazə verməməyi tələb edir. Məsələn, HBO Now onlayn xidmət olsa da yalnız ABŞ-də yaşayanlar üçün əlçatandır və digər ölkələrdə fəaliyyət göstərə bilməz, çünki onun ana şəbəkəsi HBO artıq müxtəlif yayımçılara (məsələn, Kanadada HBO kataloq lisenziyasını Bell Mediaya vermişdi) proqramlaşdırma üçün eksklüziv hüquqlar vermişdi.[3][4] Bənzər səbəblərə görə, Netflix kimi abunə olunan seç-izlə xidmətlərində mövcud olan məzmun kitabxanası da bölgələr arasında dəyişə bilər və ya xidmət istifadəçinin ölkəsində ümumiyyətlə mövcud olmaya bilər.[5][6]
Coğrafi bloklama digər məqsədlər üçün də istifadə edilə bilər. Onlayn mağazalar tərəfindən qiymət diskriminasiyası coğrafi bloklama yolu ilə tətbiq oluna bilər, hansı ki istifadəçiləri saytın xarici versiyasından onlayn məhsul almağa yönləndirir və burada qiymətlər yerli versiyadan lazımsız dərəcədə yüksək ola bilir. "Avstraliya Vergisi" buna misal olaraq göstərilmişdir və bu, hökumətin ölkədə coğrafi bloklamanın bu şəkildə necə istifadə oluna biləcəyini məhdudlaşdırmaq üçün təzyiqinə səbəb olmuşdur.[7][8]
Qeyd edilən digər istifadə üsullarına veb-sayta aidiyyəti olmayan ölkələrdən girişin bloklanması (xüsusilə həmin ölkədən gələn trafikin əksəriyyəti zərərli olarsa)[9] və yerli qanunlara əsasən qeyri-qanuni məzmuna və ya xidmətlərə könüllü olaraq girişin bloklanması daxildir. Buna onlayn qumar[10] və Məlumatların mühafizəsi haqqında Ümumi Reqlamentə (GDPR) əsasən məsuliyyətlə bağlı narahatlıqlar səbəbindən Avropa İqtisadi Bölgəsində istifadəçilərə girişi bloklayan müxtəlif beynəlxalq veb-saytlar daxil ola bilər.[11][12][13]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.