CinemaPlus və ya sponsorluq razılaşmasına əsasən CineMastercard[1]Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar şəbəkəsi. 2012-ci ildə 28 Cinema adı ilə yaradılmışdır.[2]

Cəld faktlar Ölkə, Kinoteatr sayı ...
CinemaPlus
Thumb
Loqosu
ÖlkəAzərbaycan Azərbaycan
Kinoteatr sayı8
Ekran sayı38
Oturacaq sayı3802
RəhbərlikZaur Darabzadə
cinemastercard.az
Bağla

Tarixi

Kinoteatr şəbəkəsinin əsası 17 dekabr 2012-ci ildə 28 Cinema adı ilə qoyulmuşdur.[3] 2015-ci ildə adını CinemaPlus olaraq dəyişdirmişdir. 2020-ci ildə Azərbaycanca başlamış COVİD-19 pandemiyası səbəbilə 2021-ci ilin oktyabrına qədər fəaliyyətinə fasilə verməli olmuşdu.[4] 2024-cü ildə Mastercard ilə əldə olunmuş razılaşmaya əsasən adını CineMastercard olaraq dəyişdirmişdir.[1]

Haqqında

Kinoteatrlar şəbəkəsinə 9 kinoteatr, 50-dən çox ekran və 5000-dən çox oturacaq daxildir. 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və kinoekranlar ilə təchiz olunub. Həmçinin gücləndirilmiş parlaqlıq və Enhanced 4K Barco təsvirinə malikdir.[5]

Kinoteatrlar şəbəkəsində Platinum Movie Suites konsepsiyası əsasında tamaşaçılara dəridən hazırlanmış, söykənəcəyi arxaya açılan italyan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkilərin sifariş etmək imkanı yaradılmışdır.[5] Azərbaycanda Dolby Atmos texnologiyası ilk dəfə CinemaPlus tərəfindən tətbiq edilmişdir.[5]

CinemaPlus Azərbaycanda yerli dublyajın inkişafı ilə məşğul olur və gündəlik olaraq bu filmlərə bir neçə seans ayırır. Dublaj Cinemazadeh studiyası tərəfindən hazırlanır.[5] Bundan əlavə, açıq havada kino nümayişləri,[6] kino həftələri,[7] filmlər üçün xüsusi nümayişlər[8] keçirilir.

Kinoteatrlar

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.