From Wikipedia, the free encyclopedia
Ceyms Matsumoto Omura (ing. James Matsumoto Omura; 17 noyabr 1912, Beynbric-Aylend[d], Vaşinqton – 20 iyun 1994, Denver) – yaponəsilli ABŞ jurnalisti. O, İkinci dünya müharibəsi zamanı internasiyada olan ABŞ yaponlarının sədaqət sübutu kimi məcburi hərbi xidmətə cəlb olunmasına qarşı olmasına görə tanınır.
Ceyms Omura 17 noyabr 1912-ci ildə Vaşinqton ştatının Beynbric-Aylend şəhərində doğulmuşdur.[1] O, 1940-cı ildə həyat yoldaşı Fumi Okumanın köməyi ilə və yığdığı pullarla "Current Life" adlı ilk nəşrini yaratmışdır.[1] Yaponəsilli şəxslərin ABŞ cəmiyyətinə verdiyi töhfələri tanıtmaq məqsədi daşıyan bu nəşrdə ABŞ yaponları haqqında yazılar və xəbərlər yer almışdır.[1] Lakin İkinci dünya müharibəsi səbəbilə "Current Life" cəmi 15 ay nəşr oluna bilmişdir.[2]
Omura Denver bölgəsində internasiya düşərgələrinə göndərilmiş ABŞ yaponlarına kömək emək üçün iş agentliyi yaratmışdır.[2] Özü isə internasiyadan qurtulmaq üçün Koloradoya qaçmışdır.[2] Omura yapon icmasının və hökumətin siyasətinə qarşı olduğu üçün onlarla münaqişə yaşamışdır.[2] Belə ki, ABŞ Yaponları Vətəndaşlar Liqası hesab edirdi ki, ABŞ hökumətinin təxliyəsinə qarşı olmaq sədaqətsizlik göstəricisi hesab oluna bilər və ABŞ-yə sədaqətliliyi nümayiş etdirmək üçün təxliyə ilə razılaşmaq ən təhlükəsiz yoldur.[2]
Tolan komitəsi üçün şahidlik edən Omura bu siyasətə qarşı çıxmış və təxliyənin yapon sadaqəti sualının həllinə kömək etməyəcəyini bildirmişdir.[2] Omura Denverdə "Rocky Shimpo" adlı yapon qəzeti yaratmış və ABŞ yaponlarının məcburi hərbi xidmətə cəlb olunmasına qarşı olan Hart Dağı Feyr-Pley Komitəsini dəstəkləyən yazılar yazmağa başlamışdır.[2] Rəqib "The Heart Mountain Sentinel" qəzeti Omuranı "müharibədən sonra yaponların assimilasiyası üçün bir nömrəli təhlükə" adlandırmış və onu "mətbuat azadlığından pis məqsədlər üçün istifadə etməklə" ittiham etmişdir.[2] 1944-cü ildə Omura və komitənin yeddi lideri saxlanılmışdır. Omura günahsız hesab edilsə də, digər yeddi şəxs həbs edilmişdir.[2]
Omura müharibədən sonra Kolorado ştatında landşaft dizayneri kimi işləməyə başlamış və iki dəfə Kolorado Landşaft Qurumunun prezidenti seçilmişdir.[2] 1994-cü ildə Denver şəhərində ölmüşdür.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.