From Wikipedia, the free encyclopedia
Candaroğlu Qızıl Əhməd bəy (bilinmir – ən tezi 1500, Plovdiv) — sonuncu Candaroğulları bəyi.[1][2][3]
Qızıl Əhməd bəy | |
---|---|
osman. قزيل احمد بك | |
Əvvəlki | İsmayıl bəy |
Sonrakı | - |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | ən tezi 1500 |
Vəfat yeri | |
Atası | II İbrahim bəy |
Uşaqları |
Musa Paşa Mirzə Mehmed Paşa |
Atası Candaroğlu II İbrahim bəydir. Atası Çələbi Mehmedin qızlarından Səlcuq Xatunla evli olsa da, Əhməd bəy onun başqa xanımdan doğulan oğludur. Uşaqlıq və gənclik illərində Cəmaləddin ünvanıyla anılmışdır. Həyatının ilk illəri haqqında məlumat yoxdur. Atasının ölümünün ardından (1443), bəyliyi ələ alan böyük qardaşı İsmayıl bəyə qarşı ayaqlandı. Ancaq məğlub olub Osmanlılara sığındı. Buna baxmayaraq Osmanlılardan istədiyi dəstəyi ala bilmədi və Bolu sancaqbəyliyini alaraq kifayətləndi.
Konstantinopolun fəthindən sonra Fateh Sultan Mehmedin Anadolu birliyini təmin etmə siyasətindən Candaroğulları da öz payını aldı. Belə ki, 1461-ci ildə çıxılan Trabzon səfəri əsnasında Candaroğulları bəyliyi də ələ keçirildi. İsmayıl bəy və oğlu Həsən bağışlandı və Osmanlı təbəəliyini qəbul etdilər. Qızıl Əhməd bəy isə Moreya sancaqbəyi təyin edildi. Ancaq buna etiraz edən Qızıl Əhməd bəy sədrəzəm Mahmud Paşanın onu bəyliyin başına gətirəcəyini vəd etdiyini iddia edərək bu qərara qarşı çıxdı. Ardından Boluya qaçaraq öncə Qaramanoğlu İbrahim bəyə, ardından Ağqoyunlu sultanı Uzun Həsənə sığındı və uzun illər onun yanında qaldı.
Bu illər ərzində Uzun Həsənin hərbi əməliyyatlarında iştirak edən Qızıl Əhməd bəy 1464-cü ildə tərtib edilən Qaraman səfərinə qatıldı və 500 süvari əsgəriylə birlikdə Qaramanoğlu İshaq bəyə dəstək verdi. Ancaq Osmanlı dəstəyini alan Qaramanoğlu Pir Əhməd bəyin bölgəyə gəlişiylə Qızıl Əhməd bəy yenidən Ağqoyunlu sarayına sığındı (1466).
Daha sonra 1472-ci ildə Tokata hücum edən Ağqoyunlu qüvvələri arasında yer alan Qızıl Əhməd bəy, həmin il Şahzadə Mustafa idarəsindəki Osmanlı birliklərinə məğlub olub geri çəkildi. Otluqbeli müharibəsinin əsas səbəbkarlarından biri olan Qızıl Əhməd bəy, Osmanlı qələbəsinin ardından Uzun Həsənə qulluq etməyə davam etdi. Hətta Uzun Həsənin 1478-ci ildə vəfatından sonra yaranan taxt mübarizəsində onun Diyarbəkir valisi olan oğlu Yaqub bəyi dəstəkləyərək bu mübarizədə mühüm rol oynadı.
Sultan Bəyazid dönəmində bağışlanaraq Osmanlı mülkünə geri dönən Qızıl Əhməd bəyə Bolu sancaqbəyliyi verildi. Həyatının son illəri və ölüm tarixi bilinmir. Ancaq 1485-ci ildə başlayan Osmanlı-Məmlük müharibəsində iştirak etdiyi, ardından Sultan Bəyazidin Modon səfərinə qatıldığı, səfərin arından Plovdivə göndərildiyi və burada vəfat etdiyi bilinmir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.