SSRİ- nin ilk rəsmi milyoneri Azərbycanlı biznesmen From Wikipedia, the free encyclopedia
Cənnət Salman oğlu Əliyev (17 aprel 1954, Şahbuz rayonu – 30 oktyabr 2014, Bakı) — SSRİ-nin ilk rəsmi milyonçusu (1987),[1] "Təbriz" kooperativinin sədri (1987-2001), Kalmıkiya Respublikasının Yaxın Şərq və Ərəb ölkələri üzrə sabiq səfiri (1994–2000), Ural xalq cəbhəsinin qurucularından biri (1987), bəstəkar.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Cənnət Əliyev | |
---|---|
1994 – 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 aprel 1954 |
Doğum yeri | |
Vəfat tarixi | 30 oktyabr 2014 (60 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | bəstəkar, iş adamı, siyasətçi, xeyriyyəçi, təbib |
Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində anadan olmuşdur. 9 yaşında atasını itirmiş və ondan sonra Ordubadda, Araz çayının sahilində yerləşən M.Füzuli adına Ordubad İnternat Məktəbində böyümüşdür.Özü bu məsələ ilə bağlı söhbət açılarkən bunları deyərdi:"İnternatda ondan da artıq aclıq keçirtdim. Mənim burada ən böyük arzum doyunca yemək olub.Bəzən pəncərədən düşüb çörək oğurladığıma görə dəfələrlə döyülmüşəm." Ali təhsil almaq üçün əvvəlcə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna qəbul olmuşdur. Daha sonra Xalq Təsərrüfatı İnstitutunda təhsil almış, oranı bitirdikdən sonra Sverdlovski Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur.Daha sonra Naxçıvandan müxtəlif bitki otları gətirməyə başlayır. Bakıda kiçik asfalt zavodlarına nə lazım idisə, Ukraynadan, Rusiyadan gətirməyə başlayır. Artıq 1989-cu ilin axırlarında Sverdlovskinin "Smena” qəzetində "Sovet milyonçuları ilə müsahibə” rubrikasında milyonçu kimi müsahibə verir, sonra AZTV-nin "Dalğa” verilişinə dəvət alır.
1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovski və.s əyalətlərdə Polis orqanlarında işləmiş, bir müddət sonra isə orqandan xaric edilmişdir. 1987-ci ildə Sverdlovsk əyalətinin Yuxarı Puşma şəhərində, uzaq Uralda "Təbriz" kooperativini qurmuş və SSRİ -nin ilk rəsmi milyonçusu kimi məşhurlaşmışdır. 1990-cı il 20 Yanvar faciəsində güllə-borana düşmüş, bu hadisədən ciddi psixoloji zədələr almışdır. 1 həftə sonra Vilnus şəhərinə gedərək qəzetlərdə 20 Yanvar faciəsinin beynəlxalq aləmə çatdırılması üçün müsahibələr vermişdir. Müharibə illərində orduya külli miqdarda vəsait ayırmışdır. 1994-cü ildə Kalmıkiya Respublikasının Yaxın Şərq və Ərəb ölkələri üzrə səfiri təyin edilmişdir. Bir çox ərəb ölkələrində səfərdə olmuş, Səddam Hüseyn, Bəşər Əsəd hakimiyyətləri ilə görüşləri olmuşdur. 1997-ci ildə Əli ibn Əbu Talibin qılıncı "Zülfüqar"ın rəmzi istehsalına başlamış, hər birini təmənnasız olaraq insanlara, səfərə getdiyi ölkələrin rəhbərlərinə bağışlamışdır.
Əvvəlcə xristianlığı qəbul edir, daha sonra Krişnaya sitayş etməyə başlayır. Özü bu barədə belə deyir: "Başımı qırxdırıb monax oldu, 13 ay gecə-gündüz bu fəlsəfəni öyrəndim, öyrəndiklərimi insanlara yaydım, 11 otaqdan ibarət ikimərtəbəli imarətimi onlara ibadətgah verdim, 3 avtomobilimi verdim”[2].Əliyevin dinini tez-tez dəyişməsi ölkədə birmənalı qarşılanmırdı.Oğlu Qalib Əliyev atasının diniylə bağlı verdiyi müsahibələrin birində belə deyir: "Azərbaycan dövləti hər zaman fəxrlə tolerant olduğunu deyir. Heç bir dinin nümayəndəsi o birisini incitmir. Bu mövzuda Cənnətin böyük rolu olmuşdu. Mən fəxr edirəm ki, onun oğluyam. O, şərəfli bir ömür sürdü. O, öz həyatında bir neçə insanın yaşam duyğularını və adrenalinini yaşadı. Atamdan qalan ən böyük miras özünüdərkdir. Bu, məndən ötrü milyonlara dəyər."
Cənnət Əliyev daha sonra İslam dinini qəbul edir, üzərində ayələr yazılmış bayrağı Bakıdakı teleqüllədə dalğalandırır, 12 metrlik "Zülfüqar” qılıncını hazırladaraq Azərbaycan ordusuna bağışlayır. Kalmıkiya prezidenti Kirsan İlyumjinovun yaxın dostu kimi onun şərq və ərəb ölkələri üzrə nümayəndəsi təyin edilir.[2]
Digər sahələrdən əlavə Cənnət Əliyevin incəsənətə olan marağı da seçilirdi.Belə ki, 12 mahnıdan ibarət olan "Tənha yolçu" albomu 1997-ci ildə işıq üzü görmüşdü.[3] 1989-cu ildə Rusiyada "Təbriz” musiqi qrupu yaradır. Qrup elə onun bəstəkarı olduğu "Təbriz” mahnısı ilə Azərbaycanda məşhur olur.
Əliyev milyonçu elan olunana kimi bizneslə yanaşı, həm də siyasətlə məşğul olurdu. Onun siyasəti Cənubi Azərbaycana yönəlmişdi. Yəni cənubla şimalın birləşməsi onun ideologiyasının əsas məntiqi idi. Siyasi baxışlarını musiqi ilə çatdırmağa başladı. O vaxtlar da İmişlidə ən məşhur olan müğənni, xalq artisti Niyaməddin Musayev idi. Onun davamçıları Vuqar Yusifov, Qardaşı Musa Musayev, Cəlilağa Quliyev, Şakir Quliyev idi ki, o da hal-hazırda qarşınızda oturub. Onun yaratdığı "Şəms qrupu”nda Cəlilağa saksafonda, Musa gitarada çalırdı, Şakir ansamblın bədii rəhbəri idi. Vüqar isə həm elektron zərb alətində ifa edirdi, həm də oxuyurdu. Sonra Cənnət Əliyev onları Sverdlovskiyə dəvət elədi, onlara məşq etmək üçün yer verdi. İndi "Qızıl fond”da qalan "Təbriz” mahnısının bəstəkarı Cənnət Əliyevdir. Bu mahnının ilk ifaçısı Vüqar Yusifov, sonra isə Musa Musayevdir.[2]
Cənnət Əliyevin babası Qaçaq Ziyarət çar zülmündən xilas olmaq üçün Araz çayını keçərək Cənuba pənah aparmışdır. Məlum olduğu kimi kiçik yaşda atasını itirən balaca Cənnət isə Araz çayının sahilində yerləşən M.Füzuli adına Ordubad İnternat Məktəbində böyümüşdür. Hər gecə yuxuda Arazı çayını keçib öz babasını tapdığını görən Cənnət artıq bunu özünə misiya bilmişdir. O qarşısına bir gün SSRİ-İran sərhədini yarıb babası Qaçaq Ziyarəti taparaq ata həsrətinə son vermək məqsədi qoyur. Vaxt gəlir 80-ci illərin sonunda artıq milyoner kimi məşhurlaşan Cənnət öz "uşaqlıq arzusu"nu yerinə yetirməyə fürsət tapır. 1989-cu ildə Sverdlovskidə "Təbriz" adlı ansambl quraraq öz adamlarına 4 nəfər gənc, lakin təhsilsiz müğənniləri tapıb onun yanına gətirmək tapşırığı verir. Həmin 4 nəfər Musa Musayev, Vuqar Yusubov, Cəlilağa və Şakir Quliyev qardaşları olur. Ansamblın ilk mahnısı Cənnətin hələ 1973-cü ildə öz ata həsrətinə bəstələdiyi musiqisi və Təbrizli şairəmiz Hökumə Billurinin "Təbriz" şeirinin vəhdətindən yaranan "Təbriz" mahnısı olur. Həmin zamanda SSRİ-nin mərkəzi vilayətlərindən birində oturub Təbriz haqqında, Cənub həsrəti haqqında bu cür işə cəhd etmək çox təhlükəli olur, SSRİ KQB-si tərəfindən təqiblərə məruz qalan Cənnət Əliyev öz məqsədindən dönmür. "Təbriz" mahnısı üçün klip çəkiminə başlanır, Sverdlovskidə İset çayının sahilində klip üçün 2 km uzunluğunda saxta sərhəd çəkilir, külli miqdarda vəsait klipin çəkilişinə ayrılır. Həmin klip efirə getdikdən sonra, çəkilən saxta sərhəd yandırılıb həqiqi Araz sərhədinə çalandıqdan 10 gün sonra nəticədə Azərbaycan xalqı ayağa qalxaraq SSRİ imperiyasının sərhədini yarmağa müvəffəq olur. Həmin hadisə 1989-cu il 31 Dekabr "Dünya Azərbaycanlılarının həmrəyliyi günü" kimi tarixə düşmüşdür.
Deputat Fərəc Quliyev öz əsərlərindən birində Cənnət Əliyev haqqında yazır:
"Sərhəd kommunikasiya sisteminin məhz yandırılması isə qəribə tarixə malikdir. O vaxtlar Cənnət Əliyev adIı bir azərbaycanlı balası Rusiyada bizneslə məşğul olurdu. Cənnət bəy bir instrumental alətləri ansamblı yaratmışdı. Bu ansamblın ifasında "Təbrizim” mahnısı ifa olunduqca, qəribə bir kliplə müşahidə olunur. Sərhəd dirəkləri yanır və gitaraçı oğlan gitaranı dirəyə vurur."
Qalib Əliyev adlı bir oğlu var. Cənnət Əliyev əməkdar təbiəti mühafizə işçisi Qaşdar Əliyevin qardaşıdır.
Ölmündən bir neçə ay əvvəl səhhətində yaranan bir neçə problemlər səbəbi ilə Cənnət Əliyev bir müddət ictimaiyyətdən ayrıldı.Yüksək təzyiq ilə ağciyər damarı partlayan bəstəkar 30 oktyabr 2014-cü ildə Bakıda vəfat etmişdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.