Remove ads
From Wikipedia, the free encyclopedia
Cəlil Cavanşir (tam adı: Hacıyev Cəlil Cavanşir oğlu; 2 yanvar 1984, Xaçmaz, Vartaşen rayonu) — azərbaycanlı yazıçı, tərcüməçi, ssenarist.
Cəlil Cavanşir | |
---|---|
Cəlil Cavanşir oğlu Hacıyev | |
Doğum adı | Cəlil Hacıyev |
Təxəllüsləri | Ay Han, Cavanşir |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Gəncə Dövlət Universiteti |
İxtisası | germanist |
Fəaliyyəti | jurnalist, yazıçı, ssenarist, tərcüməçi, hekayə yazıçısı[d] |
Fəaliyyət illəri | 2004 – h. h. |
Əsərlərinin dili | Azərbaycanca |
Janrlar | şeir, esse, roman, hekayə, ssenari |
İlk əsəri | "Axı bu dünyaya nəyə gəlmişəm" - 1998 |
Mükafatları |
|
celilizm.blogspot.com |
Cəlil Cavanşir 1984-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gəlib.
2001-ci ildə M. F. Axundov adına Oğuz rayon, Xaçmaz kənd 1 saylı orta məktəbini bitirib. 2002–2003-cü illərdə hərbi xidmətdə olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin alman dili ixtisasına qəbul olunub və 2008-ci ildə ali təhsilini başa vurub.
Tələbəlik illərindən jurnalistika fəaliyyətinə başlayıb, müxtəlif mətbu orqanlarda çalışıb. "Töhfə", "Türküstan", "Vətəndaş Həmrəyliyi" qəzetləri, "Alatoran", "Molla Nəsrəddin dünyası", "Yurddan səslər", "Pirsultan", "Doqquz iqlim", "Ənvər Paşa" dərgiləri ilə əməkdaşlıq edib.
"Palma" ədəbi-bədii tərcümə jurnalının və "Region xəbər" qəzetinin təsisçisi olub.
2009-cu ildə doqquziklim.net elektron ədəbiyyat dərgisini təsis edib və 2010-cu ilə qədər həmin dərgiyə rəhbərlik edib.
2010-cu ildə II Nəsimi Ədəbiyyat Müsabiqəsində şeir nominasiyasında II yer tutub.
2010-cu ilin may-noyabr aylarında Azad Azərbaycan Televiziyasında "Azərbaycan sirrləri" adlı tarixi-etnoqrafik layihədə redaktor-ssenarist kimi fəaliyyət göstərib.
2011-ci ilin yanvar ayından "Mərkəz" qəzetində fəaliyyətə başlayıb və qəzetin ədəbiyyat səhifəsini hazırlayıb.
2012-ci ilin mart ayından "Ədalət" və "Gündəlik Teleqraf" qəzetləri və Publika.az xəbər potalı ilə əməkdaşlıq edib, "Publika Art" layihəsində redaktor olaraq çalışıb.
2011-ci ildən Qanun (nəşriyyat)ı ilə əməkdaşlıq etməyə başlayıb.
2012-ci ildə "Hədəf" Nəşrlərinin baş redaktoru və tərcüməçi vəzifəsində işləyib.
2015-ci ilin oktyabr ayından, 2019-cu ilin yanvar ayınadək Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mütəxəsisi vəzifəsində fəaliyyət göstərib. 2017-ci ilin fevral ayından "TEAS press" Nəşriyyatı ilə tərcüməçi və redaktor kimi əməkdaşlıq edir.
2011-ci ildən Qanun (nəşriyyat) ilə tərcüməçi və redaktor kimi əməkdaşlıq edir, 2022-ci ildən Qanun Nəşrlər Evinin "Dinlə Kitab" audio-kitab layihəsinin rəhbəridir.
2020–2022 "Sputnik-Azərbaycan" (www.sputnik.az)ın köşə yazarı kimi fəaliyyət göstərib.
Şeirləri ingilis, alman, özbək, rus və fars dillərinə tərcümə olunub.
Cild | Kitabın adı | İçindəkilər | Şəhər | Nəşriyyat | İl | Səhifə | ISBN |
---|---|---|---|---|---|---|---|
Daha məni xatırlama | Şeirlər | Gəncə | AGAH | 2004 | 100 | ||
Öz ruhunun işığında | Xatirələr, esselər | Bakı | EL | 2009 | 200 | ||
Underground sevgilər | Şeirlər | Bakı | Qanun | 2011 | 78 | ||
İtirilmiş əlyazma | Roman | Bakı | Qanun | 2012 | 167 | ||
Dinlər, təriqətlər, peyğəmbərlər | Dini araşdırma | Bakı | Hədəf Nəşrləri | 2013 | 120 | ||
Qadın corabları | Roman | Bakı | Hədəf Nəşrləri | 2014 | 200 | - | |
P. S: Darıxıram | Şeir, esse | Bakı | XAN Nəşriyyatı | 2015 | 120 | ||
Sola dönmək qadağandır | Esselər | Bakı | Xan Nəşriyyatı | 2017 | 196 | ||
Miladdan sonra | Şeirlər | Bakı | XAN Nəşriyyatı | 2018 | 76 | ISBN:903942835302 | |
Azğın | Roman | Bakı | XAN Nəşriyyatı | 2019 | 204 | ISBN:905328910632 | |
Eşq və intihar | Motivasiya, esselər | Bakı | Mücrü Nəşriyyatı | 2020 | 108 | ISBN:9789952405217 | |
Ədəbiyyatın bəxtsiz və şıltaq övladları | bioqrafik araşdırmalar | Bakı | Mücrü Nəşriyyatı | 2021 | 140 | ISBN:9789241220583 | |
Gənc şairin dilemması | hekayələr | Bakı | Qanun Nəşriyyatı | 2023 | 95 | ISBN:978-9952-38-574-8 | |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.