Cəlal Abbasov
From Wikipedia, the free encyclopedia
Remove ads
Cəlal Əşrəf oğlu Abbasov (d. 8 may 1957) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (2007), BMT Mükafatı laureatı (1998), Azərbaycan Gənclər İttifaqı Mükafatı laureatı (1990) [mənbə göstərilməlidir] , "Humay" Milli mükafatı laureatı (2022)[1].
Remove ads
Həyatı
1957-ci il mayın 8-də Bakıda anadan olub. 1975-ci ildə Bülbül adına Orta ixtisas musiqi məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının "Bəstəkarlıq" fakültəsini (Q. Qarayevin sinfi), 1984-cü ildə "Bəstəkarlıq" kafedrasınin assistent-stajorluq kursunu bitirib. Musiqinin müxtəlif janrlarında bəstələnmiş və geniş dinləyici kütləsi tərəfindən rəğbət qazanmış bir çox əsərlərin müəllifidir. Elmi-nəzəri tədqiqat və məqalələrin müəllifidir. Əsərləri dəfələrlə ABŞ, Almaniya, Avstriya, Fransa, İtaliya, İndoneziya, Cənubi Koreya, Türkiyə, Norveç, Rusiya, Özbəkistan, Ukrayna, Gürcüstan və b. ölkələrdə müvəffəqiyyətlə səslənmişdir. Əsərləri sirasinda dörd simfoniya (o cümlədən, III "Sülhün səsi", IV (Şuşaya həsr olunmuş) — "If I could see you again…"), beş kantata (o cümlədən, "Bahar mərasimi" — Azərbaycanda Novruz bayramına həsr olunmuş ilk əsər), orqan üçün "Qara Qarayevin xatirəsinə Postlüdiya"("postlüdiya" janrının Azərbaycanda ilk nümunəsi), "Şən Bahar" ("Vesyolaya Vesna") uşaq operası (rusdilli uşaqlar üçün Novruz adət-ənənələrini nəql edən) və digərləri xüsusi diqqətə layiqdir. Azərbaycan Milli Konservatoriyasının professoru vəzifəsində çalışır ("bəstəkarlıq", "orkestrləşmə", "partitura qiraəti" fənləri). Tələbələri müxtəlif müsabiqələr laureatlarıdır. Bəstəkarlar İttifaqının IX (2012) və X (2019) qurultaylarında qurumun katibi seçilmişdir.
Görkəmli Azərbaycan bəstəkarı və musiqi xadimi Əşrəf Abbasovun oğludur.
Remove ads
Əsas əsərləri
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads