Babək rayonunda qəsəbə From Wikipedia, the free encyclopedia
Cəhri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[2] Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilmiş, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.[3]
Cəhri | |
---|---|
39°20′51″ şm. e. 45°24′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.074 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Oykonim xalq toponimik termini olan cəhir/cühür sözünün fonetik dəyişməsi olub, "çayın alçaq sahili" deməkdir.[4]
Cəhri qəsəbəsi çox qədim yaşayış məskəni olmuşdur. Bunu onun hazırda yerləşdiyi ərazidə aparılan qazıntılar nəticəsində aşkar olunmuş kurqanlar və 2-3 min ilə qədər yaşı olan küp qəbirlər və qəbirlərdən çıxan gildən hazırlanmış qablar və müxtəlif məişət əşyaları sübut edir. 1904-1905 ci illərdə erməni soyğunlarına məruz qalmış, Araz-Türk Cumhuriyyətinin yaradılmasında əsas dayaq nöqtələrindən və stratejik mərkəzlərindən biri olmuşdur. 1921-ci il inzibati ərazi bölgüsünə görə Cəhri Naxçıvan qəzasının rayonlarından biri olmuşdur. Bu rayonun mərkəzi Cəhri kəndi olmuş, onun tərkibində 1 qəsəbə 20 kənd olmuşdur. 1929-cu ildə Ermənistan SSR-ə verilən kəndlərdən (Sultanbəy, İtqıran, Almalı, Ağxaç) 1921-ci ildə bu rayonun tərkibində olmuşdur.[5] 19 iyun 2020-ci ildə Cəhri kəndinə qəsəbə statusu verilib.[6]
Cəhri qəsəbəsində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
1846 | İşıqlar yaşayış yeri[7] | III-XVIII əsrlər | Cəhri qəsəbəsi | Arxeoloji | Ölkə |
1847 | Çalxanqala[8] | e.ə. XVII əsr | Cəhri qəsəbəsi | Arxeoloji | Ölkə |
1848 | Lizbirt yaşayış yeri[9] | XIV-XVII əsrlər | Cəhri qəsəbəsi | Arxeoloji | Ölkə |
5317 | Hamam[10] | XIX əsr | Cəhri qəsəbəsi | Memarlıq | Yerli |
Qəsəbə Babək rayonunun mərkəzindən 23 km, Naxçıvan şəhərindən isə 15 km şimalda, Cəhriçayın sahilində, dağətəyi ərazidə yerləşir. Didivar, Nəzərəbad, Şıxmahmud, Payız, Vayxır, Xal-Xal və Şahbuz rayonunun Türkeş, Kəngərli rayonunun Xıncab və Təzəkənd kəndləri ilə qonşudur. Şərq tərəfdən Qızıl dağ, qərb tərəfdən isə Qaş dağları ilə əhatə olunmuşdur. Mineral və şirin sulu bulaqları vardır.
Cəhri əhali sayına görə Nehrəmdən sonra Naxçıvan Muxtar Respublikasının ən böyük qəsəbəsidir. Əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Salahlı, Qarahindi, Cilovxanlı, Dəlmə, Çaybasar kimi qədim, Navkeçən, Qızıldağ, Çimən kimi yeni məhəllələri mövcuddur.
Əhali əsasən heyvandarlıq, taxılçılıq, tərəvəzçiliklə məşğul olur. Dəyirman, bir neçə çörək və mebel sexləri mövcuddur.
Qəsəbədə 1 kitabxana, 2 rabitə şöbəsi fəaliyyət göstərir.
Qəsəbədə Cəhri qəsəbə 1 nömrəli və 2 nömrəli tam orta məktəblər fəaliyyət göstərir.[13]
Cəhridə ilk dünyəvi məktəb 1885-ci ildə təsis edilmişdir. 1970-ci ildən Cəhridəki 1 nömrəli tam orta məktəb cəhrili Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Qulam oğlu Əkbərovun adını daşıyır.
Bundan başqa qəsəbədə 1 uşaq musiqi məktəbi də fəaliyyətdədir.
Qəsəbədə 3 məscidi, 2 mərasim evi var. Cəhri xəstəxanası 1892-ci ildə əsası qoyulmuş və 1904-cü ildə 6 çarpayılıq sahə xəstəxanasına çevrilmişdir.[14]
Qəsəbədə xəstəxana mövcuddur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.