Bucaq və ya Belqrad ordası - XVII – XVIII əsrlədə Krım xanlığı və Osmanlı imperiyasının himayəsi altında Şimali Qara dəniz sahillərində məskunlaşan Noqay ordasından ayrılaraq fəaliyyət göstərən türk dövləti. [1]
XVI əsrdə Noqayların bir hissəsi ayrılaraq Bucaq Ordası adı altında birləşdilər. Bu orda adını Bessarabiyanın cənubundakı Bucaq adlı ərazidən götürmüşdür. Ruslar tərəfindən isə ordaya Belqrad ordası adı verilmişdi. 1770-ci ildə Bucaq ordası Rusiyanın himayəsini qəbul etdi və bir müddət sonra Azov dənizi sahillərinə köçürüldü. Ordanın əhalisinin digər hissəsi sonradan Krım müharibəsi dövründə Türkiyəyə köç etdilər. Ordanın görkəmli nümayəndələrindən biri Moldovanın Cantemiresti ailəsinin qurucularından Xan Temirdir.
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.