Buçeci dağları
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Buçeci dağları (Rumın: Munții Bucegi [ˈmunt͡sij buˈt͡ʃed͡ʒʲ] ( dinlə); mac. Bucsecs-hegység) — Mərkəzi Rumıniyada, Braşov şəhərinin cənubunda yerləşən dağ silsiləsi. Buçeqi dağları Karpat dağlarının qolu olan Cənubi Karpat dağlarının bir hissəsidir.
Buçeci dağları | |
---|---|
rum. Munții Bucegi, mac. Bucsecs-hegység | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2.505 m |
Nisbi hündürlüyü | 2.505 m |
Hündür zirvəsi | Omul dağı |
Yerləşməsi | |
45°26′44″ şm. e. 25°27′22″ ş. u.HGYO | |
Ölkə | Rumıniya |
Əyalətlər |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şərqə doğru getdikcə dağların yamacları dikləşir və burada məşhur Prahova dərəsi yerləşir (Buşteni və Sinaya şəhərləri). Buçeci platformasında külək müxtəlif və görməli daş quruluşlarının yaranmasına səbəb olmuşdur: Sfinks və Babelə kimi.
Belə bir inanc mövcuddur ki, Buçeci müqəddəs Dakiya dağı olan Koqaynondur, hansı ki, bu dağın mağarasında tanrı Zalmoksis yaşayır.[1]
"Buçeci" adının mənşəyi mübahisələr doğurur. "Buçeac" və ya "Buqeaç" adın ilkin forması hesab olunur. Bu söz dağ adamlarının dilində ardıc ağaclarını və meşə mamırlarını ifadə etmək üçün istifadə olunur. "Buçeci" sözünün arxaik forması "Buçeçi"dir. Bu söz hələ də dağlarda yaşayan yaşlılar tərəfindən istifadə olunur və "huçeaq", "buçeaq" və "buqeaç" sözlərindən əmələ gəldiyi güman olunur.[2]
Linqvist Sekstil Puşçariu iddia edir ki, dağlardan biri olan Buçşoinin adı "Buç", "Buçur" sözlərindən yaranmışdır. Dağların adı da bu sözdən törəmişdir. "Buçur" əslində Dakiya adıdır.[2] Yorqu Yordanın əsəri "Toponimia romînească"-ya görə dağların adı slavyan "buk" (azərb. fıstıq) sözündən əmələ gəlmişdir.[3]
Buçeci dağları üç silsilədə qruplaşdırılır:
Piatra və Leaota dağlarını Bran keçidi ayırır. Bu keçid Valaxiya ilə Transilvaniya arasında sərhəd kimi müəyyənləşdirilmişdi. Burada Bran qalası yerləşir.
Buçeci dağları Prahova dərəsi ilə sərhəddə yerləşir. Prahova dərəsində dağ-xizək istirahət mərkəzləri yerləşir və onların sayına görə Rumıniyada birincidir. Bundan başqa, 1935-ci ildə Buçeci dağları qorunan təbiət ərazisi elan olunmuş, daha sonra milli park statusu almışdır.[4]
Buçeci dağlarında yerləşən ən məşhur dağ-xizək istirahət mərkəzləri Sinaya və Buştenidir. "Karpatın incisi"[5] ləqəbi ilə tanınan Sinaya qış idman növləri ilə məşğul olmağı təklif edir. Burada teleferik və qaldırıcı mexanizm fəaliyyət göstərir. Əsas görməli yerlər Peleş qalası, Pelişor qalası, Kral stansiyası, Sinaya monastırı, kazino, Corce Enesku muzeyi hesab olunur.
800-900 metr hündürlükdə yerləşən Buştenidə şalelər, otellər, turist dayanacaqları yerləşir. Silve oteli ilə Babelə şalesini teleferik əlaqələndirir. Buşteni maraqlı qaya quruluşlarına ev sahibliyi edir: Sfinks və Babele. Buşteni Buçeci massivi üzərində yerləşən trekkinqin başlanğıc nöqtəsidir. Qış aylarında burada xizəksürmə məşğul ola və kirşəyə minə bilərlər. Xizək yamacları çətinliyinə görə müxtəlifdir. Buştenidə Santakuzino qalası və Çezar Petresku muzeyi, eləcə də, forel ferması yerləşir.
Ruçar-Bran dəhlizi burada yerləşən keçiddir. Keçidin bir tərəfində Buçeci dağları, bir tərəfində Piatra Kraiului dağları və Yezer-Papuşa dağları yerləşir.
Haqqında verilən məlumatları XV əsrə qədər uzanan Buçeci dağlarının 1936-cı ilə tayı-bərabəri olmayan təbiətinə, eləcə də, zəngin flora və faunasına görə qorunan təbiət ərazisi elan edilməsi təklif edilmişdi. Lakin bu təklif ancaq 1990-cı ildə nazirin 7/1990 nömrəli əmri ilə həyata keçirilmişdir. Buçeci Təbiət Parkının sahəsi 32,663 hektar olub 3 judesi əhatə edir: Dımbovitsa, Prahova, Braşov. Təbiət parkının ərazisinin 60 %-dən çoxu meşələrdən ibarətdir.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.