Brayan Krenston
Amerikalı aktyor From Wikipedia, the free encyclopedia
Remove ads
Brayan Li Krenston (ing. Bryan Lee Cranston; 7 mart 1956[1][2], Hollivud, Kaliforniya) — amerikalı aktyor, rejissor və prodüser. "Breaking Bad" teleserialının baş qəhrəmanı Volter Vaytı canlandırdığına görə məşhurlaşıb. O, həmçinin 2000–2006-cı illərdə Fox telekanalında yayımlanan "Ortancıl Malkolm" sitkomunda Hal rolunda çəkilib. Krenston altı "Praymtaym Emmi", iki "Toni" və bir "Qızıl Qlobus" mükafatı laureatdır.
Remove ads
Remove ads
Həyatı
Brayan Krenston 7 mart 1956-cı ildə Los-Ancelesin Hollivud bölgəsində üç uşaqdan ikincisi olaraq anadan olub.[3][4] Anası Annalisa "Peqqi" radio aktrisası, atası Cozef Luiz Krenston isə aktyor və keçmiş həvəskar boksçu olub.[5][6] Atası irland, alman və avstriyalı aşkenazi yəhudisi mənşəli, anası isə alman mühacirlərinin qızı idi.[7][8][9] Onun özündən böyük Kayl adlı qardaşı və özündən kiçik Emi adlı bacısı var. Krenston San Fernando vadisində yerləşən Canogna Park məhəlləsində böyüyüb. Atası aktyorluq edərək ailəsini dolandırmaq üçün yetərincə pul qazana bilmirdi, nəticədə o, Krenston 11 yaşında olarkən ailəsini qoyub getdi. Brayan və qardaşı Kayl ondan 22 yaşları olana qədər xəbər ala bilmədi, sonda onu axtarıb tapmağa qərar verdilər.[5] Krenston 1988-ci ildə atasının rejissorluğu ilə çəkilmiş "The Big Turnaround" filmində rol aldı. Atası 2014-cü ildə vəfat edənə qədər onunla münasibətinə davam etdirmişdi.[10]
Remove ads
Şəxsi həyatı

Krenston 1977-ci ildən 1982-ci ilə qədər yazıçı Miki Midlton ilə evli olub.[11] O, 1984-cü ildə "Airwolf" teleserialının çəkilişi zamanı tanış olduğu Robin Dirden ilə 8 iyul 1989-cu ildə ailə həyatı qurub.[12] Onların 1993-cü ildə dünyaya gələn qızı Teylor Dirden[ing.][13] də aktrisadır və "Breaking Bad" teleserialının "No Más[ing.]" epizodunda çəkilib.
Siyasi baxışları
Krenston Demokratdır.[14] O, abortu dəstəkləyir,[15] marixuananın qanuniləşdirilməsinin tərəfdarıdır[16] və silah satışının əleyhinədir.
Krenston 2016-cı il ABŞ prezident seçkilərində Hillari Klintonu dəstəkləyib və Donald Trampı sevmədiyini bildirib.[17]
Remove ads
Filmoqrafiya
- Siravi rayanı xilas etmək (1998)
- Balaca günəş işığı (2006)
- Sürücü (2011)
- Madaqaskar 3: Avropanın ən çox axtarılanları (2012)
- Arqo (2012)
- Qodzilla (2014)
- Trumbo[ing.] (2015)
- Kunq-fu panda 3 (2016)
- The Infiltrator[ing.] (2016)
- The Upside[ing.] (2017)
- Isle of Dogs[ing.] (2018)
- Asteroid City[ing.] (2023)
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads