Braslav Gölləri Milli Parkı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
"Braslav Gölləri" Milli Parkı — Belarusun şimal-qərbində yerləşən milli park.[2] Park unikal təbiət komplekslərini insanların təsərrüfat fəaliyyətlərində qorumağa xidmət edir. Milli park 1995-ci ilin avqustunda yaradılmışdır. Parkın əsas özəyi Braslav gölləri qrupudur.[2] Milli parkın ərazisinə həm də Braslav rayonunun cənub hissəsi, bataqlıq və meşə massivləri daxildir. Ümumi sahəsi 71500 hektardır.[3] Milli park şimaldan cənuba doğru 56 km məsafə uzanır. Eni isə 7 və 29 km arasında dəyişir. Ümumi park ərazisinin 17 %-ni göllər təşkil edir. Meşə sahələri isə ümumi sahənin 46 %-ni təşkil edir.
Braslav Gölləri Milli Parkı | |
---|---|
belar. Браслаўскія азёры (нацыянальны парк) | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 71500 ha |
Yaradılma tarixi | 1995[1] |
Ziyarətçi sayı | 5000 |
Çay | Braslav gölləri |
Yerləşməsi | |
55°35′46″ şm. e. 27°03′14″ ş. u.HGYO | |
Ölkə | Belarus |
Vilayət | Vitebsk vilayəti |
braslavpark.by | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli park ərazisində bir çox maraqlı təbiət abidələri mövcuddur. Bunlardan çox aydın görsənən buzlaq relyef formalarını, böyük valunları, göl içində olan adaları və nadır ağac növlərini misal göstərmək olar. Ərazidə həmçinin çoxlu tarixi və mədəni abidələr mövcuddur: müxtəlif epoxalara məxsus yaşayış məkanları, kurqanlar və s.
Bioloqların hesablamalarına görə park ərazisində 500 bitki növü mövcuddur. Bunlardan 20 növ Belarus üçün nadir hesab olunur.
Braslav Gölləri Milli Parkında elmi fəaliyyət də həyata keçirilir. Təbiəti qoruma işləri mütamadi təşkil olunur. Braslav şəhərində parkın elmi bazası yerləşir. Ümumən milli parkın əməkdaşların sayı 600 nəfərdir.
Milli parkın faunası da çox zəngindir. Burada 189 quş növünə rast gəlinir. 45 növ nəsli kəsilmək üzrədir və nadir növ hesab olunur. Heyvanlardan Qırmızı kitaba düşmüş porsuq (Meles meles), vaşaq (Lynx lynx), ayı (Ursus arctos), quşlardan isə qara leylək (Ciconia nigra), boz durna (Grus grus), qaradöş qumluqca (Calidris alpina) üstünlük təşkil edir.
Qoruq ərazisinin diğər sakinlərindən canavarı (Canis lupus), qabanı (Sus scrofa), cüyürü (Capreolus capreolus), tülkünü (Vulpes vulpes), sığını (Alces alces) və s. misal göstərmək olar.
Milli parkın şimal hissəsində Vasilkişki xutoru yerləşir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.