Bovinqton tank muzeyi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Tank Muzeyi (əvvəllər Bovinqton Tank Muzeyi) İngiltərənin cənub-qərbindəki Dorset şəhərində yerləşən Bovington Düşərgəsində zirehli döyüş maşınlarından ibarət olan kolleksiyadır. Wool Village-dən təxminən 1,6 km şimalda və Poole limanından 19 km qərbdə yerləşir. Kolleksiyada tank tarixi ilə əlaqəli əşyalar var. 26 ölkədən təxminən 300 müxtəlif döyüş maşınlarının sərgisi ilə, dünyanın ən böyük tank kolleksiyası və üçüncü ən böyük zirehli maşın kolleksiyasıdır (Fransadakı Musée des Blindés Bovinqtondan daha az tank kolleksiyasına malik olsa da, 880 zirehli maşın kolleksiyasına malikdir). Buraya həmçinin Almaniya istehsalı olan Tiger I tankının yeganə işlək nümunəsi olan Tiger 131 və dünyanın ən qədim sağ qalmış döyüş tankı olan ingilislərin Birinci Dünya müharibəsi dövrünə aid olan Mark I tankları da daxildir. Kral Tank alayı və Kral Zirehli Korpusunun muzeyi və qeydiyyatdan keçmiş bir xeyriyyə təşkilatıdır.
Bovinqton tank muzeyi | |
---|---|
Əsası qoyulub | 1947 |
Açılış tarixi | 1947 |
Ölkə | |
Yerləşir | Dorset[d] |
50°41′42″ şm. e. 2°14′37″ q. u.HGYO | |
tankmuseum.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Yazıçı Redyard Kiplinq 1923-cü ildə Bovinqtonu ziyarət etmiş və Birinci Dünya Müharibəsinin sonunda xilas edilmiş zədələnmiş tanklara baxdıqdan sonra bir muzey yaradılmasını tövsiyə etmişdir[2]. Bu təklifə müvafiq olaraq, kolleksiyanı yerləşdirmək üçün bir ərazi ayrılmış, lakin 1947-ci ilə qədər geniş ictimaiyyətə açılmamışdır[2].
1982-ci ildə Muzeyin direktoru təyin edilən Corc Forti kolleksiyanı genişləndirmiş və modernləşdirmişdir. O, 1993-cü ildə təqaüdə çıxmış və sonra da Britaniya İmperiyası Ordeninə layiq görülmüşdür[3]. Muzey 2010-cu ilin yanvarından tanklar haqqında informasiyaları geniş kütlələrə çatdırmaq üçün öz YouTube kanalını yaratmışdır[4]. 1982-ci ildən muzeydə tarixçi işləyən David Fletcher, 2012-ci ildə təqaüdə çıxmış və eyni zamanda "zirehli müharibə tarixinə xidmətlərinə görə" Britaniya İmperiyası Ordeninə layiq görülmüşdür[5].
Bu zal Muzeyin I Dünya Müharibəsi tanklarının əksəriyyətini ehtiva etməklə yanaşı, 1916–1918-ci illər arasında ilk tankları idarə edən insanların hekayəsindən də bəhs edir.[6]
Seçilmiş tanklar: Mark I tankı, IV, V (Birinci Dünya Müharibəsindən bəri hələ də işlək vəziyyətdə olan bir neçə tankdan biri), IX və Mark VIII "Azadlıq" (Liberty) tankları.
Bu zal hal-hazırda tankların yüksəlişini və Qərb Cəbhəsində süvarilərin rolunu tədqiq edir.[7]
Seçilmiş tanklar: Vickers A1E1 Independent, Peerless zirehli avtomobili & Vickers yüngül tankı, Mark II.
Bu zal münaqişədə iştirak etmiş əksər xalqların tanklarının nümayiş olunduğu ən böyük sərgi bölməsidir.
Seçilmiş tanklar: Panzer I, III, IV, Stug III, Tiger II, Jagdpanzer 38(t), Jagdpanther, Jagdtiger, Sd. Kfz. 251, Somua S35, Comet I, Matilda Mk I, A38 Valiant, Ram Cruiser Mk II, M24 Chaffee, M4 Sherman, 17pdr SP Achilles, M48 Patton, M26 Pershing, T17E1 Staghound, Hamilcar playneri, TSU-7KW, 26, KV-1, L3/33 LF, M13/40, Tortoise (Tısbağa ağır tankı), Black Prince (Qara Şahzadə).
Bu zalda Əfqanıstan Döyüş Qrupu sərgisi var. Kral Zirehli Korpusunun adamları İkinci Dünya Müharibəsindən bəri mövcud olmuş ən şiddətli döyüşlərdən bəzilərində iştirak etmişdirlər.[8]
Seçilmiş tanklar: Conqueror, Chieftain, Challenger 1 və TOG2.
Bu salon tankların və zirehli döyüş avtomobillərinin istehsalına daxil olan dizayn və texnologiyanı tədqiq edir. Centurion tankların saxta istehsal xəttindən başqa, prototip və eksperimental avtomobillər də mövcuddur.[9]
Seçilmiş tanklar: ziyarətçilərin istəyi əsasında tankın içərisindəki bəzi bölmələrin görünməsi təmin edilən T-55, İsveç S tankı, FV101 Scorpion prototipi və müxtəlif Ferret zirehli avtomobillərindən başqa, İkinci Dünya Müharibəsində İngilislərə verilən ilk M4 Sherman və A13 Covenanter tankları.
Bu zalda multimedia sərgisində yerləşdirilmiş dəstək kolleksiyası ilə tarixin ən mühüm tankları və zirehli döyüş avtomobillərinin haqqında məlumat verilir. Burada tankların 1915-ci ildə ixtirasından XX əsrin axırlarına qədərki və gələcəkdəki perspektivləri haqqında informasiyalar gələn qonaqlara təqdim edilir.[10]
Seçilmiş tanklar: Little Willie (Britaniya tanklarının sələfi), Whippet, Renault FT, Char B1, Panzer II, Tiger 131 (1943-cü ilin aprelində Tunisdə ələ keçirilmiş və Bovinqtondakı təmir sexləri tərəfindən tam işlək vəziyyətə gətirilmiş bu tank dünyada yeganə orijinal buraxılmış və hərəkət edə bilən Tiger I tankıdır. Bu tank eyni zamanda Qəzəb filminin çəkilişləri zamanı da istifadə edilmişdir), M3 Grant, T-34, Panther, DD Sherman, Churchill Mk VII, Sherman Firefly, M48 Patton, T-72, T-62 və Challenger 2.
Avtomobillərin Mühafizəsi Mərkəzi kolleksiyanın daha çox hissəsini əhatə edir və əvvəllər ictimaiyyət tərəfindən görülməyən nəqliyyat vasitələrinə baxış keçirir.
Seçilmiş tanklar: Charioteer, M41 Bulldog, M103, M60 Patton, T-54, Soyuq Müharibə və İraq T-55-ləri, BMP-1, AMX-30, Type 69, Infanterikanonvagn 91, A33 Excelsior, T14 və SU-100.
Muzeyin kolleksiyasına 2014-cü ildə çəkilmiş Qəzəb filmində görünən işlək vəziyyətdə olan yeganə sağ qalan Tiger I tankı olan Tiger 131 və Müharibə Atı filmi üçün hazırlanmış Mark IV tankının replikası daxildir.[11][12]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.