Bobbi Robson

İngiltərə futbolçusu və məşqçisi From Wikipedia, the free encyclopedia

Bobbi Robson
Remove ads

Ser Robert Uilyam "Bobbi" Robson SVE (ing. Sir Robert William "Bobby" Robson; 18 fevral 1933, Sakriston, Darem qraflığı — 31 iyul 2009) — İngiltərə futbolçusu və futbol məşqçisi.

Cəld faktlar Bobbi Robson ing. Bobby Robson, Ümumi məlumatlar ...
Remove ads

Həyatı

Bobbi Robson 20 oyun keçirib 4 qol vurduğu yığmaya 1982–1990-cı illərdə rəhbərlik edib. Futbolçu kimi "Fulhem" və "Vest Bromviç"də forma geyinən ingilis 1968-ci ildə başladığı məşqçi karyerasının birinci klubunda başlayıb. 1969-cu ildə "İpsviç"ə keçən gənc məşqçi ardıcıl 13 il sükanı arxasında olduğu komandaya İngiltərə və UEFA kuboklarını qazandırıb.

Sonrakı 8 ildə milli komandaya rəhbərlik edən Robson dünya və Avropa çempionatlarında fərqli nəticələr qazanıb. DÇ-86-nın 1/4 finalında Dieqo Maradonanın "Tanrı əli"nin qurbanı olan ingilis 4 il sonra üçüncü yer uğrunda matçda İtaliyaya uduzub. Qitə birinciliklərində isə onun yetirmələri uğura həsrət qalıb.

İngiltərə yığmasından sonra klublarda çalışan Robson ümumilikdə 41 il sürən məşqçilik karyerasının sonunadək PSV (Hollandiya), "Sportinq", "Porto" (Portuqaliya), "Barselona" (İspaniya) və "Nyukasl"da (İngiltərə) da işləyib. Hollandiya və Portuqaliyada çempion, İspaniya və Portuqaliyada ölkə kuboku qazanan Robson 12 il əvvəl "Barselona"ya Kuboklar kubokunu qazandırıb. Onun son iş yeri isə İrlandiya yığmasıdır. Robson 2006-07-ci illərdə bu komandada məsləhətçi işləyib.

Dünya futbolunun əfsanələrindən olan Bobbi Robson 2009-cu ildə - 76 yaşında vəfat edib.

Remove ads

Mənbə

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads