Bendzin qəsri
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
"Bedzin qəsri" - Polşanın cənubunda Bedzin bölgəsində yerləşən qəsr. XI əsrdə ağacdan, XIV əsrdə daşdan tikilmişdir. Polşa krallığının və Polşa-Litva uniyasının əsas qəsri olmuşdur.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bedzin qəsri | |
---|---|
Będzin | |
50°19′37″ şm. e. 19°07′44″ ş. u.HGYO | |
Ölkə | Polşa |
Şəhər | Bedzin |
Aidiyyatı | Polşa krallığı |
Sifarişçi | III Kazimir |
Əsas tarixlər | 1657-ci ildə dağıdılıb |
Tikilmə tarixi | XIII əsr-1348-ci il. |
Üslubu | neoqotika[1] |
Vəziyyəti | muzey |
Polşada qeydiyyata alınmış tarixi abidələr | |
İstinad nöm. | 638410 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bedzin kəndinin tarixi IX əsrə qədər uzanır . Mənbələrə görə burada XI əsrdə ağac istehkamlar mövcud olmuşdur. 1241-ci ildə tatar yürüşlərində dağıdılmış, sonra təkrar təmir olunmuşdur. Polşa kralı I Kasamir və ya Böyük Kasamir (30 aprel 1330-5 noyabr 1370) öz hakimiyyəti dövründə ağac qəsri daş qəsrlə əvəz etdi. 1358-ci ildə qəsr Polşanın ən əsas qəsri oldu. Qəsrin əsas məqsədi Bohemiya və Sileziyadan gələcək hücumları dəf etmək idi
Qəsr 1364-cü ildə Müqəddəs Roma İmperiyası kralı IV Çarlz tərəfindən ziyarət edildi. 1588-ci ildə Polşa müharibəsindən sonra Avstriya hersoqu III Maksimillian burada həbs olundu. Qəsrin vəziyyəti XVI əsrdə ağırlaşdı. 1616-cı ildə yanğın, 1657-ci ildə Rus-İsveç yürüşləri qəsrin dağılmasına səbəb oldu. Qəsr bərpa olunsa da öz əvvəlki əhəmiyyətini itirdi. Daha sonra qəsr Rusiyanın əlinə keçdi və qəsr Hohenzollern ailəsinin mülkünə çevrildi. 1807-ci ildə bu torpaqlar Varşava hersoqluğuna, sonra 1815-ci ildə Polşaya qaytarıldı. 1825-ci ildə qəsr yiyəsiz qalmışdı. Qəsrin yıxılması əmri verildi.Amma daha sonra muzey kimi fəaliyyət göstərilməsinə icazə verildi. 1830-cu ildə qəsr Edvard Razinski tərəfindən satın alındı və qismən təmir edildi.Qəsr 1845-ci ildə Rozinskinin ölümündən sonra Polşa Xalq Respublikası dövrünə qədər təmir edilmədi. 1952-1956-ci illərdə muzey kimi fəaliyyət göstərdi.
1956-cı ildən qəsr muzey kimi fəaliyyət göstərir.
Qəsr biri silindrik, biri parapiliped olan iki qaladan ibarətdir. Divarlar 3 qatlıdır. Qəsrin divarları şəhər divarları ilə birləşməkdədir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.