Banduk
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Banduk (çeç. БӀен-дукъ; çeçen. bIo — "qoşun" + duk— "silsilə" sözlərindən) — Çeçenistan Respublikasının Şatoy rayonunda dağ zirvəsi.
Dəniz səviyyəsindən hündürlüyü 1359 metrdir. Banduk dağı dəniz səviyyəsindən 1342 metr yüksəkliklərdə, yaxud da ətraf ərazidən 306 metr hündürlükdə yerləşir. Ətəyində dağın eni 4,5 km-dir. Ən yaxın yaşayış məntəqələri: Zona, Yarış-Mardı, Daçu-Borzoy, Ulus-Kert, Şatoy.
Banduk dağı ətrafındakı ərazilər şimal-qərbə doğru təpəlik, cənub-şərqə doğru dağlıqdır. Rayonun ən yüksək zirvəsi Banduk silsiləsidir. Dəniz səviyyəsindən hündürlüyü 1771 metrdir. Banduk dağından cənuba doğru 8,2 km-dir. Dağların əhalisi təxminən hər kvadrat kilometrə görə 31 nəfərdir. Banduk dağının ətrafındakı ərazilər praktiki olaraq tamamilə qarışıq meşələrlər örtülüdür.
Çeçen tədqiqatçı-diyarşünas, pedaqoq və xalq şairi A. S. Süleymanovun fikrincə dağların adı Bandukdur. Çeçencə "БӀен-дукъ" adlanır və Qoşun silsiləsi kimi tərcümə edilir. Bu silsilə Çantı-Arqun çayının sağ sahili boyunca yerləşir. Cənubdan şimala doğru dağın qərb yamacı boyunca Arqunun dik sahili üzərində yerləşir, Şatoy-Qroznı yolundan keçir. Daçu-Borzoyadan Şen-duk silsiləsinə ordan Şatoy kəndinə doğru yol gedir. 3 yaşayış məntəqəsini birləşdirir: Yuxarı Çolxan-çu, Aşağı Çolxan-çu və TsӀom.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.