Bandi-Amir Milli Parkı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Bandi-Amir Milli Parkı (fars. بند امیر) — Əfqanıstanın ilk və yeganə milli parkı.[1] Milli parkda mineral çöküntü olan travertindən əmələ gəlmiş təbii bəndlər ilə ayrılan 6 göl yerləşir. Göllər Əfqanıstanın mərkəzində, 3000 metr yüksəkliyində, Hindikuş dağlarında, Bamiyan Budda heykəllərinin qərbində yerləşir.
Bandi-Amir Milli Parkı | |
---|---|
fars. بند امیر | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 5.985 km2 ha |
Mütləq hündürlüyü | 2.909 m |
Yaradılma tarixi | 2009 |
İdarəetmə orqanı | SINAC |
Yerləşməsi | |
34°50′23″ şm. e. 67°13′51″ ş. u.HGYO | |
Ölkə | Əfqanıstan |
Vilayət | Bamyan vilayəti |
Yaxın şəhər | Bamyan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göllər karbon dioksid sızması nəticəsində yaranmışdır. Bandi-Amir dünyada travertin mineralı sayəsində yaranmış nadir göl sistemlərindən biridir. Milli parkda yerləşən kanyon Əfqanıstanın Böyük kanyonu hesab olunur və buranı hər il minlərlə turist ziyarət edir.[2]
"Bandi-Amir" sözü hərfi tərcümədə "Əmirin bəndi" deməkdir və bu adın müsəlmanların 4-cü xəlifəsi Əli ilə əlaqədar olduğu hesab olunur. Ərazidə etnik həzaralar üstünlük təşkil etmişlər. Həzaralar Əfqanıstan əhalisinin 8–15 %-ni təşkil edirlər və demək olar ki, hamısı şiədir.
Bandi-Amir 1960-cı illərdə milli parka çevriləcəkdi, amma müharibələrə və siyasi böhranlara görə bu baş tutmamışdır. 1975-ci ildə Hind filmi "Darmatma"nın bəzi hissələri Hema Malini və Feroz Xanın iştirakı ilə burada çəkilmişdir.
2004-cü ildə Bandi-Amir YUNESKO-nun Dünya irsi siyahısına daxil edilmək üçün namizəd göstərilmişdir.[3] 2009-cu ildə rəsmi şəkildə Bandi-Amir Əfqanıstanın milli parkı elan olunmuşdur.[4] 2013-cü ilə qədər milli parkı hər il 6.000 yerli turist ziyarət etmişdir. Milli park kiçik saydakı meşəbəyiləri tərəfindən qorunur.[2]
Bandi-Amir Milli Parkı Yakavlanq şəhərinin yaxınlığında yerləşən qədim Bamyan şəhərinin 75 km qərbində yerləşir. Bamiyan dərəsi ilə birlikdə bura Əfqanıstan turizminin ürəyi hesab olunur. Buranı hər il minlərlə turist ziyarət edir. Milli parkda yerləşən əsas 6 göl aşağıdakılardır:
Bandi Haybat aralarında ən dərin və ən böyük göldür. Dərinliyi 150 metr olub Yeni Zelandiyanın dalğıc komandası tərəfindən ölçülmüşdür. Travertin bəndlər gölləri bir-birindən ayırır. Bamyan şəhərinin bir neçə kilometr uzaqlığında Bandi-Azdahar (Əjdaha gölü) gölü yerləşir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.