Bali
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Bali (ind. Bali) — Malay arxipelaqında yerləşən, İndoneziya dövlətinə məxsus ada. Ada Kiçik Zond adaları qrupuna daxildir. Cənubdan adanı Hind okeanını suları, şimaldan isə Sakit okeana aid olan Bali dənizinin suları əhatə edir. Bali adası Yava adasından Bali boğazı, Lombok adasından isə Lombok boğazı vasitəsilə ayrılır.[1]
Bali adası | |
---|---|
ind. Bali | |
Ümumi məlumatlar | |
Sahəsi | 5780 km² |
Uzunluğu | 150 km |
Eni | 80 km |
Hündür nöqtəsi | 3142 m |
Əhalisi | 3.890.757 nəfər (2010-cu il) |
Yerləşməsi | |
8°22′ c. e. 115°08′ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
Şəhər | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsi 5780 km² olan Bali adası, şərqdən qərbə 150 km, şimaldan cənuba doğru isə 80 km məsafə uzanır. Ada Kiçik Zond adalarının qərb qutaracağında yerləşir. Onu Yava adasından 2,5 km-lik ensiz Bali boğazı ayırır. Ada özündə bir-neçə kiçik adanıda birləşdirir. Balı adası həm də məşhur Volles xəttinin sərhədində yerləşir.[2]
Bali adası litosfer tavalarının konvergensiya (bir-birilə toqquşma) zonasında yerləşir. Məhz bu üzdən burada aktiv vulkanizim müşahidə olunur. Ada bir birindən fərqlənən iki hissədən inarətdir. Mərkəzi və şimal-qərb hissəsi dağlıq relyefə malikdir. Məhz bu ərazidə vulkan mənşəli çöküntülər üstünlük təşkil edir. Ərazidə fəaliyyətdə olan iki vulkan var: Qununq-Aqunq (3142 m) və Qununq-Batur (1717 m). Məhz ərazidə ki, aktiv vulkanizim torpağın məhsuldarlığına mənfi təsir göstəri və əkinçiliyin inkişafını ləngidir. 1963-cü ildə baş vermiş püskürmə çoxlu təlafata və insan ölümünə səbəb olmuşdu.[3] Ehtimal olunur ki, 30 min il öncə məhz bu ərazi planetdə ən böyük vulkan püskürmə mərkəzi olmuş.
Vulkan mənşəli dağlarla yanaşı adada Batukau (2278 m) və Abanq (2152 m) zirvələridə var. Bu dağ silsiləsi adanın cənubunda yerləşir və əhəngdaşı süxurlarından təşkil olunub. Ümumən dağ silsiləsindən şimalda qalan ərazi daha ensiz və dik dağ yamaclarına malikdir. Dağ silsiləsindən cənubda qalan hissə daha geniş və məhz adanın daha çox məhsuldar ərazisi hesab olunur.
Bali adası ekvatordan cənubda, 8 °C.e-də yerləşir. O üzdən adada tropik savanna iqlimi hakimdir.[4]. Bölgədə ancaq iki fərqli mövsüm müşahidə olunur: quru (aprel-sentyabr) və rütubətli (oktyabr-mart) mövsüm. Əsas yağıntı yanvar-fevral aylarında düşür. İl boyu havanın temperaturu demək olar ki, dəyişmir. Orta illik temperatura 24° — 31 °C arasında dəyişir. Dəniz suyunun temperaturu isə 26°-29 °C arasında dəyişir.[5] Yağıntılar ada üzrə qeyri bərabər paylaşılıb. Adanın cənubunda orta illik yağıntı 2000 mm, yüksək dağlarda isə 3000 mm qədər yüksəlir. Şimal sahillərinə isə 1000 mm yağıntı düşür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.