From Wikipedia, the free encyclopedia
Abizadə Balaş Allahbaxış oğlu (Balaş Azəroğlu, 11 noyabr 1921, Bakı – 24 aprel 2011, Bakı) — şair, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1966), Azərbaycanın xalq şairi (1981).
Balaş Azəroğlu | |
---|---|
Abizadə Balaş Allahbaxış oğlu | |
Doğum adı | Balaş Allahbaxış oğlu Abizadə |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Mədinə Gülgün |
Təhsili | |
Fəaliyyəti | şair, redaktor, tərcüməçi |
İlk əsəri | "Dnepr" (şeir) |
Mükafatları |
|
Balaş Azəroğlu Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olub[1]. Orta təhsilini də burada almışdır. Məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərərək vaxtının çox hissəsini bədii əsərlər oxumağa sərf etmişdir. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərmiş, qəlbində ədəbiyyata olan böyük sevgisini də o yaratmışdır.[2] İlk mətbu şeiri "Dnepr" 1937-ci ildə Bakıda çapdan çıxmışdır.
1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən burada fars ibtidai məktəbində təhsil alır. Milli azadlıq hərəkatına qoşulur (1941). Bu da onun yaradıcılığında siyasi lirikanın ön plana keçməsində mühüm rol oynamışdır.[3] İran Xalq Partiyasına daxil olur (1942). "Azərbaycan zidd faşist cəmiyyəti"nin Ərdəbil vilayəti şöbəsinə sədr seçilir (1943). Bu cəmiyyətin orqanı "Yumruq" qəzetinin redaktoru olur. "Vətən yolunda" qəzeti redaksiyasının müsabiqəsində "Səttarxan" şei rinə görə mükafata layiq görülür. Azərbaycan Demokratik firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, "Cövdət" qəzetinin redaktoru, "Şairlər məclisi"nin Ərdəbil şöbəsinin rəhbəri olmuşdur (1943–1945). Təbrizdə Milli hökumət tərəfi ndən Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin olunur. "Yazıçılar və şairlər cəmiyyəti"nin idarə heyətinin üzvü seçilir (1946).
Ərdəbildə və Təbrizdə ilk şeir kitabları (1943, 1945) dərc olunmuşdur. Bakıda ADU-nun fılologiya fakültəsində təhsil alır (1947–1952). Eyni zamanda, Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifəsində çalışır. ADF MK-nın orqanı "Azərbaycan" qəzeti redaksiyasında ədəbi-bədii şöbənin müdiri (1948–1953), sonra məsul redaktor (1953–1956), ADF MK-da təbliğat şöbəsinin müdiri (1956–1958), Azərbaycan Ali Partiya məktəbində xüsusi fakültənin dekanı (1958–1959) işləyir. ADF MK-nın sədr müavini (1959–1963) seçilir.
Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Orta əsrlər ədəbiyyatı şöbəsinin baş elmi işçisi işləmişdir (1963–1982). Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır (1981–1991). Hazırda Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin Cənubi Azərbaycan ədəbiyyatı üzrə baş müşaviri təyin olunmuşdur (1991). Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir (1991). O, İran Xalq partiyasının və ADF MK-nın üzvü, SSRİ-də yaşayan iranlı siyasi mühacirlər cəmiyyəti Azərbaycan şöbəsi rəyasət heyətinin üzvü olur. Bununla yanaşı, Azərbaycan SSR Yazıçılar İttifaqının plenum üzvü və katibi seçilir (1981). Çoxcildlik "Azərbaycan ədəbiyyatı"nın müəlliflərindən biridir. Farscadan dilimizə çevirdiyi Nizaminin "Yeddi gözəl" poemasını (1992, "Yazıçı"), Füzulinin qəzəllərini çap etdirmişdir. Şəhriyardan tərcümələri vardır. Onun ərəb əlifbası ilə "Seçilmiş əsərləri" (1996, Tehran) buraxılmışdır.
SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar İttifaqının qurultaylarında nümayəndə və qonaq kimi iştirak etmişdir. Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərində (1950, 1959) iştirakçı olmuşdur. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
Xidmətlərinə görə "Şərəf nişanı", "Xalqlar dostluğu" ordenləri ilə, "21 Azər", "Firdovsi" və digər medallarla, iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir (1960, 1971). 17 mart 1997-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[4]
1996-cı ilin yayında İranda Tehran, Kəraçi, Ərdəbil və Təbriz şəhərlərində cənublu şair, yazıçı və alimlər onun anadan olmasının 75 illiyi münasibətilə görüşlər keçirmişlər.
24 aprel 2011-ci ildə vəfat etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.