From Wikipedia, the free encyclopedia
BakıKART — Bakı metrosunda, "BakuBus", "Xaliq Faiqoğlu", "Çinar-Trans" və digər avtobus şirkətlərində tətbiq olunan vahid ödəniş kartı. İlk dəfə 8 avqust 2015-ci ildə tətbiq olunmağa başlamışdı.
8 avqust 2015-ci ildə tətbiq olunmağa başlamış, 30 sentyabr 2015-ci ilə qədər əvvəlki ödəmə kartı olan Metrokart ilə paralel istifadə edilmişdir.[1] İstifadəyə verildiyi ilk on gün ərzində 150 minə yaxın kart satılmışdır.[2] 1 avqust 2017-ci ildə dizaynında dəyişikliklər aparılmışdır.[3]
2023-cü ilin iyununda "BakıKart" mobil tətbiqi buraxılmışdı. "BakıKart" mobil tətbiqi və kartın rəsmi saytı vasitəsilə təmin edilən platforma üzrə hesablar vahiddir.[4]
İstifadəçilər mobil tətbiq vasitəsilə hesab üçün qeydiyyatdan keçə, "BakıKart" plastik kartlarını əlavə edə, əməliyyat tarixçələrini görə və şəxsi məlumatlarını idarə edə bilərlər. Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün yalnız mobil nömrə və şifrə kifayətdir. İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa, avtobusları real vaxt rejimində izləyə və səyahətlərini tətbiqin intuitiv interfeysindən istifadə edərək planlaşdıra bilərlər. İstifadəçilər mobil tətbiqdə qeydiyyatdan keçdikdən sonra yaradılan pul kisələrinə pul yükləyə, bank kartı və ya pul kisəsindən istifadə edərək "BakıKart" plastik kartlarının balansını artıra və mobil tətbiqə əlavə edilmiş "BakıKart" plastik kartlarını görə bilərlər. Tətbiq istifadəçilərə sadəcə bir toxunuşla bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.