Bad (Quba)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Bad — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Bad | |
---|---|
41°15′ şm. e. 48°34′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 482 (2009) nəfər |
Bad oyk, sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Dağ ətəyindədir. Tam adı Bad Qalagah olan bu kəndin ərazisi Rustov kəndinin keçmiş məhəllələrindən birinin adıdır. Ərazidə Qala Suvarun və Qala Ələmun adlı qala xarabalıqları var. Bu qalalar bad adlanan kərpicdən hörüldüyü üçün kənd Bad Qalagah adını almışdır. Sonralar toponimin ikinci komponenti düşmüşdür. Azərbaycan ərazisində çox əlverişli, qışda və yayda tikilinin daxilində mülayim temperaturun saxlanmasında əsas rol oynayan belə kərpiclərdən evlərin tikilməsində indi də istifadə olunur. Azərb. dilinin dialekt və şivələrində, qədim abidələrin dilində bad "tərkibinə keçi qılı qatılmış sarı torpaqdan hazırlanmış palçıq, bu palçıqdan qurulan təndir və ya kəsilən kərpic, saxsı qab"; "su arxının kənarı"; "ağac qabığı" mənalarında işlənir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.