Böyük dayaq (film)
From Wikipedia, the free encyclopedia
Remove ads
Böyük dayaq tammetrajlı bədii filmi rejissor Həbib İsmayılov[1] tərəfindən 1962-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Əsas rolları Ələsgər Ələkbərov, Tamilla Rüstəmova, Həsən Məmmədov, Leyla Rzayeva, Zemfira Əliyeva, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov və Hacımurad Yegizarov ifa edirlər.
Remove ads
Remove ads
Məzmun
Əsərdə olduğu kimi, kinoromanda da ciddi siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılmışdır. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır.[2]
Sosial dramın əsas qayəsi : yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilər qarşılarına qoyduqları məqsədə çata bilərlər.[2]
Remove ads
Film haqqında
- Film aktyor Həsən Məmmədovun kinoda ilk işidir.
- Film Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında çəkilmişdir.[2]
- Filmdə səslənən Pərişanın mahnısı Xalq artisti Flora Kərimova-ya məxsusdur.
Rollarda
- Ələsgər Ələkbərov — Rüstəm kişi
- Tamilla Rüstəmova (Tamilla Rüstəmova-Krastınş kimi) — Maya
- Həsən Məmmədov — Qaraş
- Leyla Rzayeva — Səkinə
- Zemfira Əliyeva — Pərşan
- Nəsibə Zeynalova — Telli
- Məmmədrza Şeyxzamanov — Şərəfoğlu
- Hacımurad Yegizarov — Şirzad
- Böyükağa Kazımov — Nəcəf
- Ağa Məmmədov — Kələntər
- Firudin Mehdiyev — Salman
- İbrahim İsfahanlı — Yarməmməd
- Qədirağa Əzimov — Lal Hüseyn
- Elmira Yadigarova — Naznaz
- Rafiq Tağıyev — Çoban Kərəm
- İsmayıl Dağıstanlı — Kərəmoğlu
- M. Ələkbərova — Zeynəb
- Əli Qurbanov — Çoban baba
Filmi səsləndirənlər:
Hökümə Qurbanova — Maya (Tamilla Rüstəmova) (titrlərdə yoxdur)
Hüseynağa Sadıqov — Nəcəf (Böyükağa Kazımov) (titrlərdə yoxdur)
Ağasadıq Gəraybəyli — Kələntər (Ağa Məmmədov) (titrlərdə yoxdur)
Yusif Vəliyev — Yarməmməd (İbrahim İsfahanlı) (titrlərdə yoxdur)
Məlik Dadaşov — Lal Hüseyn (Qədirağa Əzimov) (titrlərdə yoxdur)
Sofa Bəsirzadə — Naznaz (Elmira Yadigarova) (titrlərdə yoxdur)
Əfrasiyab Məmmədov — Çoban Kərəm (Rafiq Tağıyev) (titrlərdə yoxdur)
İstinadlar
Mənbə
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads