“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə doğru irəliləyən Azercell-in xidmətləri 5 milyondan çox abunəçinin seçimidir. Şirkətin bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi 94,50%, ölkə əhalisi üzrə əhatə dairəsi 98,35% təşkil edir. Azercell-in ümumi LTE stansiyalarının sayı 3400-ü ötüb.
2020-ci ildə Azercell ölkədə və MDB məkanında beynəlxalq 2020-ci ildə Azercell ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkət oldu. Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” və “İlin ən innovativ şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq, Azərbaycanda Qızıl Stevie mükafatı alan yeganə şirkətdir. Azercell EN15838 (müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət) beynəlxalq standartına sahibdir.
"Azercell Telekom" BM 1996-cı ilin yanvarında təsis edilib və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlayıb. Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A. Ş." şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub. Azercell beynəlxalq Telia Company şirkətlər qrupunun tərkibində olub.
Hazırda Azercell şirkətinin yeganə sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A. Ş," şirkətidir.[1]
Əhatə dairəsi və rominq
Fəaliyyəti ərzində Azercell-in əhatə dairəsinə əhalinin 98,8035%, respublika ərazisinin isə 94,450% daxil edilib. 2022-2023-cü illər ərzində həyata keçirilmiş şəbəkənin irimiqyaslı genişləndirilməsi və modernləşdirilməsi layihəsi çərçivəsində Bakı Metropoliteninin bütün metropolitenin bütün 24 stansiyası və tunelləri 4G şəbəkəsi ilə əhatə olunub.
Fakturalı xətt abunəçiləri üçün dünyanın 166 ölkəsinin 413 mobil rabitə operatorları ilə rouminq müqavilələri bağlanıb, SimSim abunəçiləri isə 109 ölkədə 251 operatorun xidmətindən istifadə edə bilər.
Abunəçi sayı
Ən böyük müştəri bazasına malik Azercell 5.000.000-dan çox abunəçiyə xidmət göstərir
Bazar payı
"Azercell Telekom" MMC-nin Azərbaycanın mobil telekommunikasiya bazarındakı payı hal-hazırda 49% təşkil edir.
Dövlət büdcəsinə ödənişlər
Ölkənin ən iri vergi ödəyicilərindən biri olan Azercell 2023-cü ildə dövlət büdcəsinə təqribən 167 milyon manat, 27 il ərzində isə ümumilikdə təxminən 2.4 milyard manat ödəniş edib.
Şirkət ölkədə telekommunikasiya sahəsinin inkişafına 94 milyon ABŞ dolları, 1996-2023-cü illər ərzində isə 1,9 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.
Azercell-in tarixində həlledici anlar:
1996
19 yanvar 1996-cı il — Azərbaycanda ilk GSM mobil operatoru olan "Azercell Telekom" MMC şirkəti təsis edildi.
15 dekabr 1996-cı il — "Azercell Telekom" MMC şirkəti fəaliyyətə başladı.
1997
Ümumi abunəçi sayı 20 000 nəfərə çatdı.
İlk roaminq xidməti istifadəyə verildi.
Naxçıvanda ilk bölgə nümayəndəliyi açıldı.
"Ümid Yeri" Küçə Uşaqları üçün Reabilitasiya Mərkəzi himayəyə götürüldü.
1998
Azərbaycanda ilk dəfə 24/7 işləyən Müştəri Xidmətləri / Telefon Mərkəzi fəaliyyətə başladı
"SimSim" əvvəlcədən ödəmə danışıq sisteminin tətbiq olundu.
1999
"Azeronline" internet təminatçısı təsis olundu.
Bakı Metropoliteni stansiyaları Azercell-in əhatə dairəsinə alındı.
2000
ISO 9001 Beynəlxalq Keyfiyyət Sistemi Sertifikatı alındı.
2001
Ümumi abunəçi sayı 500 000-ə çatdı
İnformasiya ötürülməsi həcmini artırmağa imkan verən Fiber optik texnologiyası tətbiq edildi
2002
Ekonom tarif paketi tətbiq olundu
"Mən, sən, o, biz, Sim-Simdən hədiyyəmiz" kampaniyası təşkil edildi
Novruz Bayramında Azercell'in təşəbbüsü və maliyyə dəstəyi ilə Bayılda məskunlaşmış 150 qaçqın, məcburi köçkün və şəhid ailəsinə 6 milyon manat məbləğində ərzaq yardımı paylanıldı.
2003
SimSim danışıq kartlarında qiymət dəyişilmədən kontur sayı əhəmiyyətli dərəcədə artırıldı
Azərbaycan Dövlət Neft Akademiyanda Azercell-in dəstəyi ilə kompüter otağı açıldı.
2004
Ümumi abunəçi sayı 1 000 000-a çatdı
Özündə Satış, Müştəri Xidmətləri və Ödəmə Nöqtələrini birləşdirən Azercell Expres ofisləri açıldı
GPRS texnologiyası tətbiq edildi
2,5G GSM texnologiyası istifadəyə verildi
2005
GəncSim Layihəsinin həyata keçirilməsi
Bölgə Azex ofislərinin açılması
Şirkətimizin"Investor in People" İnsana Sərmayyə (IIP) standartına yiyələnməsi
2006
Ümumi abunəçi sayı 2 000 000-a çatdı
Azərbaycanda ilk dəfə özünəxidmət köşkləri istifadəyə verildi
2007
Ümumi abunəçi sayı 3 000 000-a çatdı
Baza stansiyaların (RBS) sayı 1000-ə çatdırıldı
Fakturasız xətt sistemində (Sim Sim) rouminq xidməti təqdim olundu
2008
Baza stansiyaların sayı 1400-ü ötdü
Azərbaycanda ilk dəfə 3G texnologiyası BakuTel sərgisi çərçivəsində nümayiş etdirildi
Günəş enerjisi ilə çalışan ilk "yaşıl" baza stansiyası quraşdırıldı
MobilBank xidməti təqdim olundu
2009
"BARAMA" innovasiya inkubatoru yaradıldı
2010
Ümumi abunəçi sayı 4 000 000-a çatdı
Azercell-in dəstəyi ilə "Uşaq Qaynar Xətt" xidməti fəaliyyətə başladı
2011
3G lisenziyası alındı və xidmət istifadəyə verildi
Ölkədə ilk dəfə olaraq Onlayn Müştəri Xidmətləri portalı istifadəyə verildi
"World Finance" jurnalı Azercell-i "Green Telecoms" mükafatı ilə təltif etdi
2012
Ölkədə ilk dəfə 4G xidməti istifadəyə verildi
Azercell Avroviziya-2012 Mahnı Müsabiqəsinin baş sponsoru və şəbəkə təminatçısı oldu
2013
Bütün abunəçilər üçün ümumi ödəmə kartı istifadəyə verildi
2014
Ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edən Azercell Telekom telekommunikasiya sahəsində tətbiq etdiyi yenliklərə və həyata keçirdiyi innovativ layihələrə görə 3 nominasiya üzrə nüfuzlu Stevie Beynəlxalq Biznes Mükafatını (İnternational Business Awards Stevie) qazanıb
2015
Azercell "Stevie" Beynəlxalq Biznes Mükafatı tərəfindən "İlin şirkəti" adına layiq görüldü
2016
4G RBS sayı 486 təşkil etdi
2017
LTE xidmətini regionlara gətirən ilk mobil operator Azercell oldu
Azercell-in 4G internet istifadəçilərinin sayı əvvəlki illə müqayisədə 3 dəfə artdı
Mobil internetdən istifadə həcmi 50% çoxaldı
Ölkədə ilk dəfə "Virtual ATS" xidməti istifadəyə verildi
2018
"Investors in People" (IIP) -MDB məkanında İnsana Sərmayə Standartı tərəfindən QIZIL sertifikata layiq görülən yeganə telekommunikasiya şirkəti oldu
Mobil internet trafikin istifadəsi 13 petabayta çatdı
Azercell-in 4G istifadəçilərinin sayı il ərzində 3 dəfə artaraq 1 000 000 keçdi
Rouminq internet paketləri təqdim olundu
2019
Ölkə üzrə toplam 1617 yeni RBS quraşdırıldı, onların 1217-ni 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil etdi
Azercell şəbəkələri vasitəsilə ötürülən internet trafikinin həcmi 304% artdı
Ölkədə və Cənubi Qafqazda ilk 5G pilot şəbəkəsi istifadəyə verildi
Azercell Azərbaycanda İSO/IEC 27001 Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartına uyğunluq sertifikatını alan ilk mobil operator oldu
2020
Ümumi abunəçi sayı 5 000 000-a çatdı
İşğaldan azad edilmiş ərazilərdə ilk mobil infrastruktur quruldu
2021
4G texnologiyası əsasında çalışan RBS sayı 2922-yə çatdı
Azercell işğaldan azad olunmuş ərazilərdə abunəçilərə müştəri xidmətləri göstərən ilk şirkət oldu
Işğaldan azad olunmuş torpaqlarda Azercell şirkətinə məxsus 70-dən artıq RBS 2G/3G/4G standartları ilə işə başladı
Bakı metropoliteninin bütün 24 stansiyası və tunelləri 4G şəbəkəsi ilə əhatə olundu
"Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları üçün əşyaların interneti (IoT) texnologiyasına əsaslanmış daha az enerji sərfiyyatlı şəbəkə infrastrukturunun sınaqlarını uğurla həyata keçirən ilk operator oldu
"Qaliblərin seçimi — 010 prefiksli nömrələr" Azərbaycanın mobil rabitə bazarına çıxarıldı
2022
Bakıda beşinci nəsil (5G) rabitə standartı sınaq rejimində istifadəyə verildi
Azercell şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə irimiqyaslı layihəyə start verildi
Işğaldan azad olunmuş torpaqlarımızda Azercell-in 100-ə yaxın RBS 2G/3G/4G standartları əsasında işə salındı
Bazara "akart" ticarət markası altında Azercell Rəqəmsal kartı çıxarıldı
Azercell-in təşəbbüsü və dəstəyilə "Qadın Qaynar Xətti" yaradıldı
"TEKNOFEST Azərbaycan" festivalının baş sponsoru oldu
Zəngilanın Ağalı kəndində ilk rəsmi satış və xidmət məntəqəsi açıldı
Şuşada Azercell Eksklüziv ofisi açıldı
Qubadlı və Cəbrayılda günəş enerjisi ilə çalışan "yaşıl" baza stansiyaları istismara verildi
"Şuşa İli" ilə əlaqədar "Qarabağın səsini dinlə" layihəsi keçirildi
eSİM xidməti müştərilərinin sərəncamına verildi
Süni İntellekt əsasında çalışan Virtual Assistent xidməti test rejimində təqdim olundu
2023
Azercell-in 4G şəbəkəsi Naxçıvan şəhərini əhatə etdi
Baza stansiyaların ümumi sayı 3468-ə çatdırıldı, onların 3431-ni 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil etdi
Əhali əhatə dairəsi 95,20%, coğrafi əhatə dairəsi 88,30% təşkil etdi
Azercell Biznes ölkədə ilk dəfə kənd təsərrüfatı sahəsinə müasir "Suvarmaya nəzarət sistemi" həllini təqdim etdi
Xankəndi, Ağdərə və Xocalı Azercell-in əhatə dairəsinə daxil edildi
Azercell və "e&International" (Etisalat) arasında strateji tərəfdaşlıq quruldu
Süni Zəka əsasında çalışan Virtual Assistent AiCell abunəçilərin istifadəsinə verildi