Azərbaycan Alpaqut FederasiyasıAzərbaycanda türksoylu xalqların ortaq mədəniyyətini yaşadan Alpaqut idman növünü inkişaf etdirmək məqsədilə inkişaf etdirən idman qurumu. Mərkəzi Bakı şəhərindədir. 16 fevral 2014-cü il tarixində AAF Ümumi Yığıncağı keçirilərək təsis edilib.[1] 6 aprel 2018-ci ildə keçirilən Ümumi Yığıncağı qurultay keçirib və iş adamı Qüdrət Nuriyev federasiyanın prezidenti seçilib.[2] [3]

Cəld faktlar Tam adı, Şüarı ...
Azərbaycan Alpaqut Federasiyası
Thumb
Azərbaycan Alpaqut Federasiyasının loqosu. Mənası:Türklərə məxsus Qurd, Şahin, Günəş və Mavi rəng
Tam adı Azərbaycan Alpaqut Federasiyası
Şüarı Turan Döyüş Sənəti
Yaranma tarixi 2014
Mənzil-qərargahı Bakı ş, Bəsti Bağırova 12, "Məryəm Plaza"
Banisi Vasif Namazov
Bağla

Tarixi

Rəsmi fəaliyyətə 2008-ci ildən Mərkəz kimi başlamış və 14 mart 2014-cü ildə təsis olunmuşdur. Alpaqut döyüş sənəti, türk döyüş sənətləri üzrə araşdırmaçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən, Türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilərək qurulmuşdur.[4] Bu idman növü Türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, bu idman növünün markası "Turan döyüş sənəti" (Turan: türksoylu xalqların yaşadığı, böyük çöl adlanan coğrafiya) adlanır.[5]

Rəsmiləşməsi və sənədləri

Bu döyüş sənəti bütün türk dünyasına aid olsa da bütün hüquqi haqlarla Azərbaycana məxsusdur. Belə ki, bütün türksoylu xalqlar kimi, Azərbaycan xalqının tarixi və mədəni irsinə aid olan Alpaqut adı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 14.10.2014-cü il tarixli № 37 saylı sənədi əsasında bu döyüş sənətinin müəllifi, Türk Döyüş Sənətləri üzrə araşdırmaçı, Beynəlxalq Dərəcəli idman ustası Namazov Vasif İmran oğluna istifadəsi üçün rəsmi icazə verilmiş, eyni zamanda Azərbaycan Respublikası Patent üzrə Dövlət Komitəsi tərəfindən 17.11.2014-cü il tarixli iddia sənədinin 201400542 nömrəli Patent Şəhadətnaməsidə verilmişdir. Əlavə olaraq, Alpaqut idman növünün təlim və tədrisinin həyata keçirilməsi üçün hazırlanan metodiki vəsait proqramları Azərbaycan Respublikası Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin 16.10.2015 tarixli 04/C-8157–15 saylı Şəhadətnaməsi ilə təsdiq olunmuşdur.

Alpaqut idman növünün beynəlxalq arenada inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında qurum 12 fevral 2014-cü il tarixində B14003831 saylı sənədinə əsasən beynəlxalq idman təşkilatı kimi qeydiyyata alınmışdır.

Tanınması

Alpaqut idman növü kimi aşağıda qeyd olunan beynəlxalq idman təşkilatları tərəfindən rəsmən tanınır.

  • 7–8 oktyabr 2017-ci il tarixində Türkiyənin İstanbul şəhərində, Bilal Erdoğanın rəhbərliyi altında Beynəlxalq Etnospor Konfederasiyasının təsis qurultayında və təqdimat konransında Vasif Namazov Alpaqut döyüş sənətini təqdim etmiş və Dünya Alpagut Federasiyasını isə təmsil etmişdir.[6][7]
  • Azərbaycan Gənclər və İdman Nazirliyinin, Dünya Alpaqut Federasiyası və Beynəlxalq İdman Hamı üçün Assosiasiyasının (TAFİSA) təşkilatçılığı ilə Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında Dünya Alpaqut Federasiyasının TAFİSA ya daimi üzv olması münasibətilə mətbuat konfransı keçirilib.[8][9]
  • Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası 24.05.2022 Berlin, Almaniya[10][11]
  • Beynəlxalq İdman Hamı üçün Assosiasiyası TAFİSA 07.12.2022 Düsöldörf, Almaniya[12][13][14]
  • Beynəlxalq Etno Oyunlar Konfederasiyas NomadGames 01.05.2023 Bişkek, Qırğızıstan[15]
  • Beynəlxalq Ədalətli Oyunlar Komitəsin FairPlay 10.05.2023 Paris, Fransa[16]
  • Beynəlxalq İdman Şəbəkəsi Təşkilatı (ISNO) 26.11.2023 Bern, İsveçrə[17]
  • Dünya Alpaqut Federasiyası (DAF) Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatına qeydiyyata alınıb.[18]

Fəaliyyət

Təşkil etdiyi yarışlar

Azərbaycanda 14 mart 2014-cü il tarixdən etibarən fəaliyyətə başlayan Alpaqut Federasiyasının həyata keçirdiyi yarışların cədvəli:

Əlavə məlumat Tarix, Yarışın adı ...
Tarix Yarışın adı Keçirilmə yeri İl
2015 ı — Azərbaycan birinciliyi və çempionatı Sumqayıt 2015
2016 II — Azərbaycan birinciliyi və çempionatı[19] Sumqayıt 2016
2017 III — Azərbaycan birinciliyi və çempionatı[20] Bakı 2017
2018 IV — Azərbaycan birinciliyi və çempionatı[21] Bakı 2018
2019 V — Azərbaycan birinciliyi və çempionatı[22] Bakı 2019
2021 VI — Azərbaycan birinciliyi və çempionatı[23] Ağdam 2021
2022 VII — Azərbaycan birinciliyi və çempionatı[24] Abşeron 2022
2023 VIII — Azərbaycan birinciliyi və çempionatı[25] Abşeron 2023
Bağla

Beynəlxalq

Əlavə məlumat S/S, Yarışın adı ...
S/S Yarışın adı Keçirilmə yeri Tarixi
1 Qara Dəniz Kuboku [26] Gürcüstan / Ozurgeti 20 - 24.VII.2014 1 yer
2 Qara Dəniz Kuboku [27] Gürcüstan / Ozurgeti 24 - 28.VII.2015 1 yer
3 Xəzər Kuboku [28][29] Azərbaycan / Qusar 06 - 09.IX.2015 1 yer
4 Avrasiya Kuboku [30] Gürcüstan / Batumi 14 - 18.IV.2016 1 yer
5 Dünya Kuboku [31] Gürcüstan / Ozurgeti 24 - 28.IX.2016 1 yer
6 Dünya Kuboku [32][33] Azərbaycan / Bakı 24 - 25.X.2017 1 yer
7 I Dünya çempionatı[34] Azərbaycan / Bakı 24 - 25.XI.2018 1 yer
8 II Dünya çempionatı[35] Azərbaycan / Bakı 22 - 24.XI.2019 1 yer
9 Avrasiya çempionatı[36][37] Türkiyə / Bursa 20 - 21.XI.2021 2 yer
10 Dünya kuboku [38] [39] Türkiyə / Bursa 10 - 12.V.2022 2 yer
11 III Dünya çempionatı[40][41] Türkiyə / Bursa 01 - 04.XII.2022 2 yer
12 Beynəlxalq turnir [42] Hindistan / Mumbay 17 - 18.XII.2022 =+=
13 IV Dünya çempionatı [43] Türkiyə / Bursa 01 - 04.XII.2023 2 yer
Bağla

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.