Ayrım (Loru)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Ayrım — Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmsəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.[1]
kənd | |
Ayrım | |
---|---|
41°13′ şm. e. 44°55′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Loru mahalı |
Rayon | Barana rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 445 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 2252 nəfər (1979) nəfər |
Rəsmi dili | |
Rayon mərkəzindən 10 km şimal-qərbdə, Tona (Debet) çayının yanında, İrəvan - Tiflis dəmiryolunun üstündə yerləşir.
Toponim ayrım türk etnonimi[2] əsasında düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Kənddə 1926-cı ildə 46 nəfər, 1939 - cu ildə 100 nəfər, 1959 - cu ildə 282 nəfər, 1979 - cu ildə 2252 nəfər azərbaycanlı yaşamışdır[3].
Ayrım-Noyemberyan rayonunda kənd adı. 1960-cı ildən kəndin adı qeyri-rəsmi dəyişdirilib Ptxavan qoyulmuşdur.Orta əsrlərdə İrəvan əyalətində yaşamış türkmənşəli Ayrım (Ayrum) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Ayrımların mənşəyi haqqında dəqiq tarixi məlumat yoxdur. A.Bakıxanova görə Əmir Teymur 1402-ci ildə Ankara vuruşmasından sonra 50 min türk ailəsini İrəvanda, Qarabağda və Gəncədə yerləşdirmişdir. Ehtimal ki, bu ellər sonra Ayrum(El-Rum adının təhrifi) adlanmışdır. İ.Şopenə görə Türkiyədə İkonum sultanlığı ləğv edildikdən sonra türklərin bir hissəsi Ərməniyəyə keçərək Ayrumlu (631 ailə), Seyid Axsalı(311 ailə), Taşanlı(124 ailə) və Saatlı (160 ailə) adları ilə yaşamışlar(159). Kiçik Qafqazda və Qazax qəzasında səpələnmiş ayrımlar Arsar Ayrum, Quşçu Ayrum, Baqanis Ayrum (türk dillərində bakanes "çayın aşağı axarında quru məcrası" sözündən), Dadanis Ayrum (Dadanis kənd adıdır),Polad Ayrum və başqa qollara bölünmüşdür.[4]
1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.