From Wikipedia, the free encyclopedia
Ayla Lenq Fişer (ing. Isla Lang Fisher; 3 fevral 1976[1], Maskat)[2] — Avstraliyalı aktrisa və yazıçı. Omanda şotland ailədə anadan olmuş və altı yaşında Avstraliyaya köçərək televiziya reklamlarında yer almışdır. Avstraliya istehsalı "Home and Away" opera tamaşasında 1994–1997-ci illər aralığında Şannon Rid rolunu canlandıraraq tanınmışdır. Bu roluna görə iki dəfə Logie mükafatına namizəd göstərilmişdir.
Ayla Fişer | |
---|---|
Doğum adı | Isla Lang Fisher |
Doğum tarixi | 3 fevral 1976[1] (48 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa, yazıçı, model[d], kino aktrisası, romançı |
Fəaliyyət illəri | 1993-cü ildən |
IMDb | ID0279545 |
islafisher.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Hollivuda keçərək Skubi-Du (2002) filmi ilə uğur qazanmışdır. Burada həmçinin Toy qəzaları (2005), Hot Rod (2007), Böyük Qetsbi (2013), Alış-veriş etirafları (2009) və Yalan illuziyası (2013) filmlərində rol almışdır.
Fişer Omanın Maskat şəhərində Espet Reid və Brayn Fişerin ailəsində anadan olmuşdur.[3] 6 yaşı olarkən ailəsi ilə birlikdə Avstraliyaya köçmüşdür.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.