Aydın Ərşad oğlu Dadaşov (1 mart 1952, Ağdam – 15 mart 2017, Bakı) — Azərbaycan kinoşünası, kinodramaturq, rejissor, filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988).
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Bağla
Aydın Dadaşov 1 mart 1952-ci ildə Ağdam şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теatr, Musiqi və Kinematoqrafiya İnstitutunu (indiki Sankt-Peterburq Teatr Akademiyasının) dram sənəti fakültəsini, 1982-ci ildə isə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirmişdir.
Aydın Dadaşov15 mart 2017-ci ildə qəfil ürək tutmasından dünyasını dəyişib.
Aydın Dadaşov 1975-ci ildə C. Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında bədii flimlər üzrə direktor, rejissor və rekdaktor kimi çalışıb. 1989-cu ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin "Televiziya və radio jurnalistikası" kafedrasında çalışmışdır. 2000-ci ildən həmin kafedranın dosenti, 2006-cı ildən isə kafedranın professoru idi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya" fakültəsinin "Kinoşünaslıq" kafedrasının rəhbər olmuşdur. Burada o, "Ekran dramaturgiyası", "Ssenari yaradıcılığı", "Televiziya tənqidi" və "KİV-də reklam və marketinq problemləri" fənnlərini tədris etmişdir.
Kinoda 30-a yaxın filmin rejissoru, 50-ə yaxın filmin ssenari müəllifi olmuşdur. Eyni zamanda bir neçə filmdə film direktoru və redaktor kimi çalışmışdır.
- Dəvətnamə. (nəsr), 1992. 16 ç.v.
- Gerçəkliyin astanasında. (monoqrafiya), 1992. 14 ç.v.
- Ekran dramaturgiyası: mövzu, struktur, üslub, janr problemləri. (monoqrafiya), 1999. 12 ç.v.
- Ekran publisistikası. (dərs vəsaiti) 2000.10 ç.v.
- Qərib (nəsr), 2000. 20 ç.v.
- KİV-də reklam və marketinq problemləri. (monoqrafiya). 2001.16 ç.v.
- Ssenari yaradıcılığı. (dərslik), 2001. 14 ç.v.
- Madaqaskar. (nəsr), 2001. 12 ç.v.
- Məhəmməd Həsən Hacınski. (monoqrafiya), 2004. 16 ç.v.
- Dramaturgiya. (dərslik), 2004. 20 ç.v.
- Müstəqillik dövrünün dramaturgiyası. (monoqrafiya), 2005. 15 ç.v.
- Rejissor Arif Babayev. (monoqrafiya). 2006. 12,5 ç.v.
- İslam və demokratiya. (monoqrafiya). 2007. 17,5 ç.v.
- Folklorumuzun ilk doktoru. (Məmmədhüseyn Təhmasib), (monoqrafiya). 2007. 14,2 ç.v.
- Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində. (dərslik), 2008. 17 ç.v.
- Teatr-kino problemləri. (monoqrafiya). 2008. 20,5 ç.v.
- Kinoşünaslıq. (dərslik), 2009. 33,7 ç.v.
- Rejissorluğun üslub problemləri. (monoqrafiya), 2010. 19,5 ç.v.
- Qarabəy Qarabəyovun mühiti və idealları. (monoqrafiya). 2012. 33,7 ç.v.
- İran kinosunun inkişaf təmayülləri. (monoqrafiya). 2012. 12 ç.v.
- Müasir Azərbaycan dramaturgiyası. (monoqrafiya). 2012.. 19 ç.v.
- Rejissor Cənnət Səlimova. (dərs vəsaiti). 2014. 24 ç.v.
- Azərbaycan kinosu: mövzu, struktur, üslub, janr. (monoqrafiya). 2015. 30 ç.v.
- Dünya kinosu örnəklər kontekstində. (monoqrafiya). 2016. 43 ç.v.
- "Müasir Azərbaycan Kinosu", Bakı: TEAS Press Nəşriyyat evi, 2017, ISBN 9789952513837, 276 səhifə[1]
Əsas məqalə: Aydın Dadaşovun filmoqrafiyası
Film direktoru kimi
Rejissor kimi
- Bulaq (film, 1983)
- Ustad Sultan Məhəmməd (film, 1985)
- "Ağ pambığı becərəndə, yığanda…" (film, 1989) (qısametrajlı sənədli film)
- Biznesmen (film, 1989) (qısametrajlı sənədli film)
- Dəvətnamə (film, 1989) (qısametrajlı bədii film)
- Retro (film, 1991) (sənədli film)
- Göz qapanması (film, 1992) (sənədli televiziya filmi)
- Ağrı (film, 1994) (sənədli televiziya filmi)
- Qanlı Bakı (film, 1994) (sənədli televiziya filmi)
- Zəng (film, 1995) (qısametrajlı sənədli film)
- Bacılar (film, 1997) (sənədli film)
- Aydınlığa doğru (film, 1998) (sənədli film)
- Məhəmməd Füzuli (film, 1998) (sənədli film)
- Terror (film, 1998) (sənədli film)
- Mingəçevir (film, 1999) (sənədli film)
- Ailə (film, 1999) (sənədli)
- Bizim almanlar (film, 2000) (sənədli film)
- Məhəmmədhəsən Hacınski (film, 2003) (sənədli film)
- Xeyransa (film, 2004) (sənədli film)
- Xınalıq (film, 2005) (sənədli film)
- Akademik Adilə Namazova (film, 2007) (sənədli film)
- Nisgil (film, 2010) (qısametrajlı sənədli film)
- Sirk səmasının cazibəsi (film, 2010) (qısametrajlı sənədli film)
- Ulduzlar (film, 2010) (sənədli film)
- Çapıqlı adam (film, 2011) (qısametrajlı sənədli film)
- Babam və mən (film, 2012) (qısametrajlı sənədli film)[2]
- Tərk etmə məni (film, 2012) (sənədli film)[3]
- Zəlzələyə doğru (film, 2012) (sənədli film)
Ssenari müəllifi kimi
- Bulaq (film, 1983)
- Ustad Sultan Məhəmməd (film, 1985) (qısametrajlı sənədli film)
- Balaban (film, 1987) (qısametrajlı sənədli film)
- Daşdan keçən kağız (film, 1987) (qısametrajlı sənədli televiziya filmi)
- Əks-səda (film, 1987) (qısametrajlı sənədli film)
- İsti halvanın dadı (film, 1987) (qısametrajlı sənədli film)
- …Və uşaqlar mahnı oxuyurdular (film, 1987) (qısametrajlı sənədli film)
- Göydən üç alma düşdü (film, 1988) (qısametrajlı sənədli televiziya filmi)
- Kreslo (film, 1988) (qısametrajlı sənədli film)
- Maestro (film, 1988) (qısametrajlı sənədli film)
- Ramin (film, 1988) (qısametrajlı sənədli film)
- Səs (film, 1988) (qısametrajlı sənədli televiziya filmi)
- "Ağ pambığı becərəndə, yığanda…" (film, 1989) (qısametrajlı sənədli film)
- Yol ayrıcında (film, 1988) (qısametrajlı sənədli film)
- Yubiley (film, 1989) (qısametrajlı sənədli televiziya filmi)
- Biznesmen (film, 1989) (qısametrajlı sənədli film)
- Dəvətnamə (film, 1989) (qısametrajlı bədii film)
- Göydən üç alma düşdü (film, 1990) (sənədli film)
- Ağlı-qaralı dünya (film, 1991) (sənədli film)
- Retro (film, 1991) (sənədli film)
- Göz qapanması (film, 1992) (sənədli televiziya filmi)
- Lağım (film, 1993) (cizgi filmi)
- Ağrı (film, 1994) (sənədli televiziya filmi)
- Qanlı Bakı (film, 1994) (sənədli televiziya filmi)
- Zəng (film, 1995) (qısametrajlı sənədli film)
- Bacılar (film, 1997) (sənədli film)
- Aydınlığa doğru (film, 1998) (sənədli film)
- Məhəmməd Füzuli (film, 1998) (sənədli film)
- Terror (film, 1998) (sənədli film)
- Mingəçevir (film, 1999) (sənədli film)
- Ailə (film, 1999) (sənədli)
- Bizim almanlar (film, 2000) (sənədli film)
- 9 dəqiqə (film, 1999) (qısametrajlı sənədli film)
- Torpaq (film, 2002) (cizgi filmi)
- Məhəmmədhəsən Hacınski (film, 2003) (sənədli film)
- Haray (film, 2004) (qısametrajlı sənədli film)
- Xeyransa (film, 2004) (sənədli film)
- Xınalıq (film, 2005) (sənədli film)
- Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006) (qısametrajlı sənədli film)
- Akademik (film, 2007) (sənədli film)
- Dədələr yolu (film, 2009) (qısametrajlı sənədli film)
- Nisgil (film, 2010) (qısametrajlı sənədli film)
- Sirk səmasının cazibəsi (film, 2010) (qısametrajlı sənədli film)
- Ulduzlar (film, 2010) (sənədli film)
- Çapıqlı adam (film, 2011) (qısametrajlı sənədli film)
- Babam və mən (film, 2012) (qısametrajlı sənədli film)
- Tərk etmə məni (film, 2012) (sənədli film)
- Zəlzələyə doğru (film, 2012) (sənədli film)
Redaktor kimi
İsayeva, R. "Babam və mən": Mansurovlar haqqında sənədli film: [eyniadlı film Aydın Dadaşovun quruluşunda] //Mədəniyyət.- 2012.- 23 may.-S.5.
"Tərk etmə məni" filmi təqdim edilib: [görkəmli alim, həkim, bəstəkar, seleksiyaçı Mir Kazım Aslanlının 100 illiyinə həsr edilmiş eyniadlı sənədli film haqqında] //Mədəniyyət. — 2012.- 29 avqust.- S. 7.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 6.