From Wikipedia, the free encyclopedia
Avstriyalı Mariya (21 iyun 1528, Madrid – 26 fevral 1603[1][2][…]) — Müqəddəs Roma imperatoru V Karlın qızı və II Maksimilyanın xanımı.
Avstriyalı Mariya | |
---|---|
25 iyul 1564 – 12 oktyabr 1576 | |
Əvvəlki | Portuqaliyalı İzabella |
Sonrakı | Avstriyalı Anna |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 iyun 1528 |
Doğum yeri | |
Vəfat tarixi | 26 fevral 1603[1][2][…] (75 yaşında) |
Fəaliyyəti | queen regnant[d] |
Atası | V Karl[3] |
Anası | Portuqaliyalı İzabella[3] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Ailəsi | Habsburqlar sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
İspaniyada olduğu müddət ərzində məşhur ispan bəstəkarı Tomas Luis de Viktoriyanın hamisi olaraq onun yaradıcılığını dəstəklədi. Üstəlik Mariyanın 1603-cü ildə vəfatından sonra bəstəkar onun şərəfinə möhtəşəm bir əsər bəstələdi.
Mariya 21 iyun 1528-ci ildə Müqəddəs Roma imperatoru V Karl və Portuqaliyalı İzabellanın böyük qızı olaraq Madriddə dünyaya gəldi. Uşaqlığı bacısı Yuanna və qardaşı Filiplə birlikdə Valyadolid və Toledo saraylarında keçmişdir. Atasının vəzifəsiylə bağlı durmadan səyahət etməsi və bu səbəblə ata qayğısından uzaq qalmasına baxmayaraq bacı və qardaşlarıyla sıx ailə əlaqələri qurdu.
15 sentyabr 1548-ci ildə o, əmisi oğlu olan Avstriya hersoqu Maksimilyanla evləndi. Cütlüyün 28 illik evliliyi boyunca 16 övladı dünyaya gəldi. Atasının alman əsilzadələriylə mübarizə apardığı 1548-1551-ci illərdə Mariya və Maksimilyan İspaniyada ona kral naibi olaraq xidmət etdilər. 1551-ci ilin avqustuna qədər Madriddəki kral sarayında yaşayan Mariya və əri, daha sonra Maksimilyanın atasının Vyanadakı sarayında yaşamağa başladılar. Ancaq Mariya 1558-ci ildə yenidən Madridə döndü və İspaniya kralı olan qardaşı II Filipə kral naibəsi olaraq xidmət etməyə başladı. 1561-ci ilədək bu vəzifəni ifa edən Mariya daha sonra Avstriyaya döndü.
Mariya Avstriyaya döndükdən qısa müddət sonra əri Maksimilyan atasının vəfatından sonra Avstriya, Bohemiya və Macarıstan kralı oldu. Qatı katolik olan Mariya dini yönümü qeyri-müəyyən olan əriylə bu səbəblə tez-tez münaqişələr yaşadı. Üstəlik təkcə əri II Maksimilyan deyil, yaşadığı saray mühiti də protestant yönümlü idi və bu səbəblə ətrafında əslən ispan olan katolik saray əyanlarını toplamışdı.
1576-cı ildə II Maksimilyan vəfat etdi və Mariya onun ölümündən sonra 6 il boyunca imperator sarayında yaşamağa davam etdi. Gələcəkdə Müqəddəs Roma imperatoru olan övladları Rudolf və Matveyin üzərində nüfuz sahibi idi.
Mariya ən kiçik qızı Marqaritanı da yanına alaraq 1582-ci ildə İspaniyaya döndü və qızını qardaşı olan İspaniya kralı II Filiplə evləndirəcəyini elan etdi. Ancaq II Filip daha öncə onun böyük qızı Anna ilə evlənmişdi və bu səbəblə Marqarita həm dayısı olan, həm də bacısının dul əri olan II Filiplə evlənməkdən imtina edərək rahibə kimi kilsə həyatını seçdi. Artıq kafirlərin olmadığı bir ölkədə yaşamaqdan məmnun olan Mariya ölümünədək burada yaşadığı Madriddə bir kilsədə yaşamağa başladı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.