From Wikipedia, the free encyclopedia
Atatürk Hava Limanına terror hücumu — 28 iyun 2016-cı ildə yerli saatla 21:22-də İstanbuldakı Atatürk Hava Limanının 2-ci terminalında üç terrorçu tərəfindən həyata keçirilən terror hücumu. Türkiyə Daxili İşlər Naziri Əfqan Alanın verdiyi məlumata əsasən terror hücumu zamanı 3 terrorçu da daxil olmaqla 47 nəfər ölmüş, 238 nəfər yaralanmışdır.[1],[2]
Atatürk Hava Limanına terror hücumu | |
---|---|
Türkiyə-İŞİD münaqişəsi | |
Hücum yeri |
Atatürk Hava Limanı, İstanbul, Türkiyə 40°58′34″ şm. e. 28°48′51″ ş. u.HGYO |
Hücum hədəfi | Atatürk Hava Limanındakı mülki vətəndaşlar və təhlükəsizlik əməkdaşları |
Vaxt |
28 iyun 2016 21:22 |
Hücum üsulu | terror hücumu, kütləvi qırğın, intihar, atəş açma |
Silah | Kalaşnikov, partlayıcılar |
Həlak olanlar | 47 (terrorçular daxil olmaqla)[1],[2] |
Yaralılar | 238 |
Terrorçu sayı | 3 (hamısı öldü) |
Şübhəlilər | İŞİD |
Vikianbarda əlaqəli mediafayllar |
29 iyun 2016-cı il tarixində Türkiyə və Şimali Kipr Türk Respublikasında milli matəm elan edildi və bayraqlar yarıya endirildi.[2]
Hadisədən 32 gün əvvəl İstanbula gələn 3 terrorçu Fatih rayonunda ev tutmuşdular. Hadisə günü saat 20:35-də evdən çıxan terrorçular 20:45-də taksiyə minərək Atatürk Hava Limanına yollandılar. Yarım saat sonra taksi hava limanına çatdı. Burada da yarım saat gözləyən terrorçular daha sonra 3 fərqli yönə hərəkət edirlər.[3] Terrorçulardan biri alt mərtəbədə olan xarici uçuşlar gəliş terminalına yönəlib, digər ikisi isə xarici uçuşlar gediş terminalına qalxıb. Xarici uçuşlar gəliş terminalına gedən terrorçu burada atəş açmış və özünü partlatmışdır. Bundan dərhal sonra xarici uçuşlar gediş terminalına gedən iki terrorçu hərəkət geçib. Terrorçulardan biri x-ray cihazından keçərək "Biraz sonra burada bomba patlayacaq" deyərək qışqırdı. Bundan təşvişə düşən sərnişinlər çıxışa doğru qaçmağa başladılar. Burada gözləyən ikinci terrorçu isə onlara atəş etmiş, daha sonra özünü partlatmışdır. Sağ qalan üçüncü terrorçu isə pilləkənlər tərəfə gedərək, aşağıdakı partlamadan qaçanları hədəf almış və özünü partlatmışdır.[2],[4]
Hadisə vaxtı ölən 43 şəxsdən 19-u xarici vətandaşdır.[1] Ölən 15 hava limanı işçisi üçün 30 iyun 2016-cı il tarixində anım mərasimi keçirilmişdir.[5]
Qurban | Yaşı | Vətəndaşlıq | İstinad |
---|---|---|---|
Abdülhekim Buğda | - | Türkiyə | [6],[7] |
Abrorjon Ustabayev | 22 | Özbəkistan | [7] |
Adem Kurt | 32 | Türkiyə | [8],[6] |
Ali Zülfikar Yorulmaz | - | Türkiyə | [6] |
Çağlayan Çöl | 27 | Türkiyə | [6],[7] |
Ercan Sebat | 41 | Türkiyə | [9],[6] |
Erol Eskisoy | 44 | Türkiyə | [10],[6],[7] |
Ertan An | 38 | Türkiyə | [11],[6],[7] |
Ethem Uzunsoy | - | Türkiyə | [6] |
Habibullah Sefer | 26 | Əfqanıstan | [12],[7],[13] |
Hüda Amiri | 9 | Türkiyə, Səudiyyə Ərəbistanı | [12],[6],[7] |
Hüseyin Tunç | 28 | Türkiyə | [14],[6] |
Göksel Kurnaz | 38 | Türkiyə | [6],[7] |
Gülşen Bahadır | 27 | Türkiyə | [8],[6],[7] |
Ferhat Akkaya | - | Türkiyə | [7] |
Fethi Bayoudh | - | Tunis | [7] |
Kerime Amiri | 24 | Türkiyə, Səudiyyə Ərəbistanı | [12],[6],[7] |
Mahmut Çizmecioğlu | - | Türkiyə | [8],[6],[7] |
Mahmut Mert | - | Türkiyə | [6],[7] |
Meryem Amiri | 14 | Türkiyə, Səudiyyə Ərəbistanı | [12],[6],[7] |
Merve Yiğit | 22 | Türkiyə | [15],[7] |
Muhammed Eymen Demirci | 25 | Türkiyə | [16],[8],[6] |
Murat Güllüce | - | Türkiyə | [7],[17] |
Mustafa Bıyık | - | Türkiyə | [8],[6] |
Mustafa Bayraklı | 51 | Türkiyə | [7] |
Özgül İde | 21 | Türkiyə | [6],[7] |
Serkan Türk | - | Türkiyə | [6],[7] |
Sıddık Turgan | - | Türkiyə | [6] |
Sıdık Peçenek | - | Türkiyə | [6],[7] |
Tevfik Yusuf Haznedaroğlu | - | Türkiyə | [6] |
Yasin Öcal | 25 | Türkiyə | [1],[7] |
Yusuf Teyfik Haznedaroğlu | 36 | Türkiyə | [6],[6],[7] |
Umut Sakaroğlu | 31 | Türkiyə | [18],[8],[7] |
Zehra Amiri | 18 | Türkiyə, Səudiyyə Ərəbistanı | [12],[6],[7] |
Aparılan istintaq nəticəsində 3 terroristdən ikisinin şəxsiyyəti məlum olmuşdur.[19],[20]
Bakırköy Baş Prokurorluğu tərəfindən terror hücumu ilə əlaqədar olaraq istintaq başlanmışdır.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.